Xüsusi təyinatlı ŞƏHİDİN atası:“Gözüm pəncərələrdə qalır, Mayisi axtarıram...”-Fotolar
Fidan Həmişəyeva
15:59 19.04.2021
Gündəm
1868
Sabah Qazax rayon Daş Salahlı kəndindən olan şəhidimiz Mayis Yaqubovun doğum günüdür. Yaşasaydı 23 yaşı tamam olacaqdı qəhrəmanımızın. Mayis Yaqubov İkinci Qarabağ müharibəsində tarix yazan oğullarımızdandır. O oğullar ki, cəbhədə igidlik göstərdilər, qanları-canları bahasına torpağımız uğrunda döyüşüb, ən ali və yüksək məqama - şəhidlik zirvəsinə ucaldılar.
M.Yaqubov 1998-ci ilin 20 aprelində anadan olub. 2015-ci ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd orta məktəbini bitirib. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb. Qəhrəmanımız Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadətinə qovuşub. O, Xüsusi Təyinatlı Qoşunların leytenantı idi.
“Sherg.az” olaraq şəhidimizin atası Rəhim Yaqubovla əlaqə saxlayıb, Mayisin uşaqlıq dövrləri ilə bağlı xatirələrini öyrəndik.
-Mayisin anadan olduğu günü necə xatırlayırsız?
-Mayis doğulanda ailəmizdə hər kəsin, əsasən də mənim sevincimin həddi-hüdüdu yox idi. Çünki o, dünyaya gələndə çox gözəl idi, sanki parlayırdı. Mayis anadan olduqdan sonra hələ 40-ı çıxmamışdı, o zaman anası yuxusunda görüb ki, ağ saçlı və ağ saqqallı nurani bir kişi gəlib Mayisin ayağından tutub. Anası qorxub və Mayisi həmin kişinin əlindən almaq istəyib. Amma nurani kişi deyib ki, qorxma mən bu uşağa yaxşı bir tale yazmağa gəlmişəm. Bu yuxu hələ də anasının gözünün qabağından getmir. Biz həmişə arxayın idik ki, Mayisə heç nə olmayacaq...
-Uşaqlıqda necə idi?
-Mayisin uşaqlığı çox rəngarəng keçib. Hər zaman başqalarından seçilərdi. Vətənpərvərlik ruhu güclü idi, ağacdan silahlar düzəldərdi. Həmişə döyüş filmlərinə baxıb, orada özünü filmin qəhrəmanı kimi təsəvvür edirdi. Heç vaxt görmədim ki, Mayis uşaqlıqda maşın oyuncaqlarla oynasın. O, həmişə silah oyuncaqları ilə oynamağı sevirdi. 6-7-ci sinifdən etibardən ağaca bıçaq atırdı. Deyirdim ki, niyə belə edirsən? Cavab verirdi ki, böyüyəndə erməniləri öldürəcəm, hərbçi, kəşfiyyatçı olacam. Elə hərbçi olmağı da özü seçdi.
-Dostları ilə əlaqəniz varmı, gəlib-gedirlərmi?
-Mayisin ətrafında onu sevən uşaqlar çox idi. O, istər orta məktəbdə, istərsə də hərbi akademiyada dostları arasında böyük hörmət qazanmışdı. Bu yaxınlarda bir yerdə döyüş yolu keçmiş hərbçi yoldaşı, kapitan Mirtağı Rəhimov gəlmişdi. Kənddəki dostları Mayisi o qədər çox istəyirdilər ki, öz aralarında pul toplayıb Şəhidlər Xiyabanına işıq çəkib, oranı işıqlandırdılar, oğlumun adına dayanacaq tikdirdilər. Gecə-gündüz Şəhidlər Xiyabanında işlədilər. Həm pul qoydular, həm də xərc çəkdilər. Həvəslə, can-başla işıq çəkdilər ki, gecələr Mayisin yatdığı yer qaranlıq olmasın...
-Bu sualı verməyə çox çəkinirəm... Mayisin yoxluğundan sonra həyatınız necə keçir?
- Bir az ağırdı danışmaq. Hərdən mənə elə gəlir ki, Mayis şəhid olmayıb. Çünki o, 6-7 il idi ki, yanımızda çox olmurdu, ildə 20 gün gəlirdi. 45 günlük məzuniyyəti var idi, onu iki hissəyə bölüb, ildə iki dəfə bizimlə görüşürdü. Əvvəllər də hər gün görmürdük deyə son zamanlar oğlumun şəhid olduğunu belə unuduram. Hələ də gözləyirəm ki, Mayis gələcək, gözüm pəncərələrdə qalır, hələ də onu axtarıram...
-Kənd camaatı dərdinizə şərik çıxırmı?
-Bəli. Mayisin ad gününə bütün Daş Salahlı kəndi hazırlaşır. Xidmət etdiyi hərbi hissə Naxçıvanda yerləşdiyi üçün hərbçi yoldaşları iştirak edə bilmir, ancaq ayrı-ayrı vaxtlarda məzuniyyətə çıxdıqca hamısı gəlib onu ziyarət ediblər və edirlər də. Bu yaxınlarda bir yerdə döyüş yolu keçmiş hərbçi yoldaşı, kapitan Mirtağı Rəhimov gəlmişdi. O, Mayisin qrup komandiri olub və döyüşdə ayağından snayperlə vurulub. M.Rəhimov döyüş anını danışanda sanki döyüş filmi izləyirdim. O, Maisin döyüşdəki qəhrəmanlığından danışdıqca ürəyim dağa dönürdu. Düşmən onları mühasirəyə salmaq istəyirmiş. Amma müharibə bitənə qədər döyüşüblər və ermənilər geri çəkilməyə məcbur olublar. 20 dəqiqədən sonra isə ermənilər bizimkiləri minamyot atəşinə tutublar, orada 5 nəfər şəhid olub. “Əjdaha” leytenant Mais Yaqubov da həmin qəhrəman şəhidlərədn biuri olub. Həmin döyüşdə düşmənin 84 hərbiçisi məhv edilib. Xatırladım ki, bu Mayisin axırıncı döyüşü olub…
Söhbətləşdi: Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz