Ukrayna və Ermənistan arasında müzakirə aparıldı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Teleqraf xəbər verir ki, nazirlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı imkanlarını müzakirə edərək, siyasi dialoqun dinamik davamlılığını vurğulayıblar.

Ararat Mirzoyan və Andriy Sibiqa iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün mümkün variantları da müzakirə ediblər.

Çoxtərəfli platformalarda təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq və regional inkişaflara, mövcud problemlərin həlli imkanlarına və sülh prosesinə istinad edilib.