Zəlzələdən sonra avtomobillərə təlabat artıb - Rekord satış

Türkiyədə zəlzələdən sonra avtomobillərə təlabat artıb.
Artıq avtomobillər sığınacağa çevrilib.
Bakupost.az xəbər verir ki, şirkətlər istədikləri sayda avtomobil idxal edə bilmir.
Firmalar avtomobillərini dilerlərə gəlməzdən əvvəl yolda, hətta istehsal xəttində satmağa başlayıb.
Bu ilin sonuna kimi bəzi brendlər üzrə kvotalar dolduğu üçün sifariş növbəsinə daxil olmaq mümkün deyil.
Qeyd edək ki, eyni hal Gölcük zəlzələsi zamandı da baş verib. 1999-cu ildə Gölcük zəlzələsindən sonra artan tələbatla avtomobil bazarı satış rekordu qırıb. 1999-cu ili 380 min ədəd satışla tamamlayan avtomobil bazarı 2000-ci ildə 620 min ədədi keçib.
2019-cu ildə 3 min olan karvan satışları 2022-ci ildə dörd dəfə artaraq 12 mini keçib. 2023-cü ilin sonuna qədər bu rəqəmin 15-16 min ədədə çatacağı gözlənilir.