ZƏNG:“Azərbaycanın narazı qaldığı məqamlar var”
Banuçiçək Kalbalıyeva
13:16 09.04.2021
Gündəm
742
Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.
Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında telefon danışığı barədə fikirlərini bildirdi:
“Bilirsiniz ki, rəsmi Moskva Azərbaycan və Ermənistan arasında vasitəçidir. Ona görə də Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşün nəticələri barədə dövlət başçımızı məlumatlandırmalı idi.
Bundan başqa, 10 noyabr bəyanatının icrası ilə bağlı Azərbaycanın narazı qaldığı məqamlar var.
Yəqin ki, bu məsələlər də gündəmə gəlib. Həmçinin Ermənistan tərəfinin qane olmadığı amilləri Putin Azərbaycan liderinin diqqətinə çatdıra bilərdi.
Eyni zamanda “İsgəndər- M” raketinin müzakirə mövzusu olduğunu da istisna etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə