"Zəngəzur dəhlizi 100 illik imperialist oyununu qıran tarixi qələbə olacaq" - Ali Satan
09:49 06.03.2025
Gündəm
566
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri tarixin dərinliklərindən gələn dostluq və birliyə əsaslanır. Hər iki dövlətin mədəni, tarixi və dil birliyi onların arasında güclü əlaqələr formalaşdırıb. Bu qardaşlıq, xüsusi ilə də Sovet İttifaqının işğalına qədər olan dövrdə həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyət kəsb edib. Ancaq Zəngəzur məsələsi və sonrakı tarixi hadisələr bu münasibətləri müəyyən qədər sarsıdaraq iki ölkənin bir-birindən ayrılmasına səbəb olub.
Zəngəzurun Ermənistana verilməsi həm Azərbaycan xalqı, həm də Türkiyə üçün böyük bir strateji itki idi. Bu eyni zamanda iki dövlətin birliyinin qarşısını almağa yönələn imperialist planların bir hissəsi sayılırdı.
Bu gün isə keçmişdən müasir dövrə qədər gələn bir çox məsələlər artıq həll olunub. Müasir dövrün geosiyasi reallıqları çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoyub. Bu, Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına, həmçinin hər iki ölkənin beynəlxalq arenada güclənməsinə müsbət təsir göstərib.
Marmara Universiteti tarix professoru Ali Satan mövzunu Shərg.az-a şərh edib:
"Azərbaycanın sovet işğalına məruz qalması qardaş dövlətlər olan Türkiyə və Azərbaycanın tam bir əsr ərzində tək qalmasına səbəb oldu. Yüz illik tənhalıq həm Türkiyənin, həm də Azərbaycanın çox şey itirməsi ilə nəticələndi. Onlar siyasi, iqtisadi, sosial və mədəni baxımdan imperialistlərin təzyiq və təsiri altında qaldılar.
Azərbaycana qarşı sovet kommunist zülmü olduğu halda Türkiyə də sovet təhlükəsini daim hiss edirdi. Sovet təhlükəsi Türkiyənin qərbə yaxınlaşmasına səbəb oldu.
Türkiyə ilə Azərbaycanın ayrılması həm də imperialistlərin böyük planı çərçivəsində Azərbaycanın Naxçıvandan ayrılmasına gətirib çıxardı. 1920-ci illərdə Ermənistanı Naxçıvanla Azərbaycan arasına soxaraq türk birliyinin qarşısını almağa cəhd etdilər".
Professor Qarabağ qələbəsindən sonra Zəngəzur dəhlizinin açılmasını 100 illik imperialist oyununu qıran tarixi qələbə adlandırıb:
"Bu xəttin qaz və dəmir yolu ilə qovuşması regional sülhə böyük ümidlər verir. Türkiyə-Azərbaycan qardaşlığı bölgəyə təhlükəsizlik, firavanlıq və sülh gətirəcək. Bu baxımdan biz yüksək potensial inkişaflar yaşayırıq. Bunu Azərbaycanın uzaqgörən və ağıllı liderlərinə borcluyuq".
Müsahibimiz sonda gələcəkdə bölgəmizin cazibə və zənginlik mərkəzi olacağını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm