“Zəngəzur dəhlizinin açılması Ermənistan üçün şansdır”
Yusif Nəzərli
12:47 13.04.2022
Gündəm
1441
“Ermənistanın gələcəyi Rusiya yox, Azərbaycan və Türkiyə ilə bağlıdır”
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə bir sıra mövzulara toxunan ölkə başçımız yekun nitqində Zəngəzur dəhlizinə diqqət çəkib:
“Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb.İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır”.Prezident diqqətə çatdırıb ki,Ermənistan bizim planlarımızı əngəlləyə bilməz :“Əgər Zəngəzur üzərindən bizə keçid verməsə,özü itirəcək və birinci növbədə,10 noyabr Bəyannaməsini pozmuş olacaq”.
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə “Sherg.az”a danışarkən qeyd edib ki, məlum müşavirədə həm Azərbaycanın iqtisadi uğurları, həm də qələbəmizin beynəlxalq səviyyədə qəbul olunması faktaları bir-bir sadalanıb:
“Burda ən vacib məqamlardan biri də Cənab Prezident tərəfindən Ermənistanın rəsmi Bakının təklif etdiyi sülh müqaviləsinə razılıq verməsi, masaya əyləşmə razılığı və bu istiqamətdə konkret addımların atılması ilə bağlı səsləndirdiyi fikirlər olub. Müşavirədə Azərbaycanı və dünya ictimaiyyətini maraqlandıran mövzular üst-üstə düşüb. Ermənistanı isə həm Azərbaycan, həm də dünya tərəfindən sülhə dəvət etmə əks halda sülhə məcbur etmə məsələsi gündəmə gəlib”.
Parlament üzvü vurğulayıb ki, artıq bizim qələbəmiz dünya tərəfindən qəbul olunub və hazırda Azərbaycan bu qələbənin yeni reallığının tam şəkildə həyata keçirilməsi üçün lazım olan məsələləri həll edir:
“Azərbaycan onsuzda öz məqsədlərinə çatacaq. Cənab Prezident də bunu vurğulayıb. Rəsmi İrəvan öz gələcəyini Rusiya və ya Qərblə əlaqələndirməyə çalışır. Ermənistanın gələcəyi artıq Rusiya ilə deyil, məhz Azərbaycan və Türkiyə ilə bağlıdır. Qərblə əlaqə qurmaq istəyən Ermənistanın yolu isə yalnız Azərbaycan və Türkiyədən keçir”.
S.Seyidovun sözlərinə görə, Ermənistan normal dövlət olmaq istəyirsə, bunun üçün hazırda Azərbaycanın təklif etdiyi layihələrə qoşulmalıdır. Həmin layihələlərin də ən əhəmiyyətlilərindən biri Zəngəzur dəhlizidir:
“Bu dəhliz nə qədər tez açılsa, Ermənistan üçün bir o qədər yaxşı olacaq. Zəngəzur dəhlizi Ermənistan üçün yaradılmış şansdır. Ona bu şansdan düzgün istifadə etmək qalır”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı