Son xəbərlər

13 milyon dollarlıq tarixi İncil oğurlanıb

Türkiyənin Qırıqqala bölgəsində ceyran dərisindən hazırlanmış 26 səhifəlik İncil ələ keçirilib.
“Sherg.az” “Trthaber.com”a istinadən bildirir ki, tarixi əsər üçün 13 milyon dollarlıq bazarlıq edən 3 şübhəli şəxs cinayət başında tutuldu.
Əsərdə erkən xristian dövrü və Hz. İsa peyğəmbərin çarmıxa çəkilməsinin ikonografik şəkillərini ehtiva edən bir Arami əlyazması ilə əksini tapıb.