Bu gün gələn ilin dövlət büdcəsinin parlamentə təqdim edilməsi müddəti başa çatır
Yusif Nəzərli
06:11 15.10.2021
Gündəm
567
Bu gün “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin ona əlavə edilmiş digər sənədlərlə birlikdə Milli Məclisə təqdim edilməsi müddəti başa çatır.
“Report”un xəbərinə görə, “Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə (növbəti büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlərin Milli Məclisə təqdim edilməsi) əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari il oktyabr ayının 15-dən gec olmayaraq Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Qanunun 15-ci maddəsinə (növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi) əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Milli Məclisin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.
Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə məlumat verir. Hesablama Palatası “Hesablama Palatası haqqında” qanuna əsasən dövlət büdcəsinin layihəsinə rəy verir.
“Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Milli Məclisə təqdim edilir:
- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
- büdcə-vergi siyasətinin əsas istiqamətləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;
- büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;
- dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;
- növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
- qanunvericiliyə uyğun olaraq Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri və qanun layihələrinə dair izahat;
- növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat;
- dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Milli Məclisin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası parlamentin növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm