Rusiyanın əlindən alınan Avropa çempionatının yeni ev sahibi bilinib
Yusif Nəzərli
17:00 25.03.2022
İdman
866
Ev sahibliyi Rusiyanın paytaxtı Moskvanın əlindən alınan karate üzrə Avropa çempionatının keçirilmə yeri bəlli olub.
Oxu.Az xəbər verir ki, yarışın Ümumdünya Karate Federasiyası və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosun vətəni İspaniyada keçirilməsinə qərar verilib. Bu qərar bu ilin mayın Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa Karate Federasiyasının (EKF) Konqressində təsdiq olunacaq.
Beləliklə, 58-ci Avropa çempionatı 2023-cü ilin 24-26 mart tarixlərində İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək. Bununla da İspaniyada 4-cü, Qvadalaxarada 2-ci dəfə qitə birinciliyi baş tutacaq. Belə ki, Avropanın mötəbər yarışı 2005 və 2012-ci illərdə İspaniyanın Tenerife, 2019-cu ildə isə Qvadalaxara şəhərində təşkil olunub.
Xatırladaq ki, martın 3-də EKF-in İcraiyyə Komitəsinin iclası keçirilib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da iştirak etdiyi iclasda Ukrayna münaqişəsi ilə bağlı 2023-cü ildəki Avropa çempionatının ev sahibliyinin Rusiyanın əlindən alınmasına qərar verilib.
Qeyd edək ki, 57-ci Avropa çempionatı bu il Türkiyənin Qaziantep şəhərində keçiriləcək. Həmin yarış 25-29 may tarixlərində baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm