PROQNOZ:“Lokal, yaxud geniş hərbi əməliyyatlar ehtimalı yüksəkdir”
PROQNOZ:“Lokal, yaxud geniş hərbi əməliyyatlar ehtimalı yüksəkdir”
Yusif Nəzərli
15:17 25.07.2022
Siyasət
780
“44 günlük müharibənin sonunda Qarabağın Dağlıq hissəsinə sülhməramlılar adı altında rus qoşunlarının yerləşdirilməsi əlbəttə ki, yekun nəticənin uğurlu variantı deyildi”.
Bu sözləri “Sherg.az”a politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu son günlər ehtimal olunan antiterror əməliyyatlarına dair səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəs anlayırdı ki, həmin o hərbi kontingentdən Rusiya daim ölkəmizə təzyiq kimi istifadə edəcək:
“Həmçinin imzalanan Üçtərəfli bəyanatda göstərilən bəndlərin onun maraqlarına cavab verməyənlərinə əməl etməyəcək. Rus hərbçilərinin Qarabağa yerləşdirilməsinin əsas məqsədlərindən biri də təkcə Azərbaycan basqı deyil, həm də oradakı erməni silahlı birləşmələrini qoruyub, saxlamaqdır. Çünki onlar da ölkəmizə qarşı gərginlik yaradan vasitəsi kimi istifadə edilirdi və davamı olacaq. Bəyanata əsasən 9 bənddə göstərilən şərtlərin hamısı olmasa da, böyük bir hissəsi xeyrimizə idi. Gördük ki, bəyanatın bir neçə punktu açıq-aşkar sabotaj olundu. Həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi. İndi Laçın korridorunun Azərbaycana qaytarılması və alternativ yolun çəkilməsinin də ləngidiyini müşahidə edirik. Üstəlik, Rusiya hərbi kontingentini aktiv şəkildə yeni müqavimətə, savaşa hazırlayır. Bunun nəticəsi kimi ən böyük ehtimallardan olan - növbəti bir qarşıdurma yaranar. Nəticədə sülh anlaşmasından söhbət gedə bilməz. Ümumiyyətlə, Rusiya ilk gündən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olmayıb. Münaqişənin bitməsi Rusiya üçün əlverişli deyil. Belə olduğu halda Rusiya Cənubi Qafqazda geosiyasi təsir imkanlarını itirir və bu, onun böyük planlarını əngəl törədir. Həmçinin Cənubi Qafqaz üzərindən Yaxın Şərqə çıxışı imkanına mane olur".
Ə.Oruclu vurğulayıb ki, beynəlxalq reaksiyalar yetərincə deyil və olmayacaq:
"Ancaq bölgədə qarşıdurma yarandıqda onların hərəkətini müşahidə edə bilərik. Çünki bu gün beynəlxalq aləmin diqqəti əsasən, Ukraynaya yönəlib.
Rusiyanın rəsmi Kiyevə qarşı təcavüzü, sanksiyalarla geriçəkilməyə məcbur etməsi kimi məsələlər olduğu üçün vəziyyət bir qədər mürəkkəbdir. Bundan başqa, bölgədəki dövlətlər arasında təkcə Rusiya deyil, marağı Azərbaycanla ziddiyət təşkil edən İran da var.
Bunu açıq-aşkar Tehran görüşündə gördük. Ona görə də təxribatların davam edəcəyini gözləniləndir. Nə qədər pessimist səslənsə də, hətta hansısa lokal, yaxud geniş hərbi əməliyyatlar ehtimalı da yüksəkdir. Rusiyanı kənara qoymaqla, Qərbin, Avropanın, BMT-nin reaksiyaları yalnız real təhlükə, müharibə olduqda özünü büruzə verəcək.
Çünki Avropanı hazırda daha çox enerji məsələləri maraqlandırır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Avropa və Azərbaycan arasında qaz anlaşması haqqında Memorandum imzalandı. Amma Avropa Birliyinin bu məsələdə vasitəçi olmasına baxmayaraq, sülh barəsində heç bir irəliləyiş yoxdur. Görünür, Avropada da anlayırlar ki, prosesdə Rusiya var və onu kənarlaşdırmaq mümkün deyil. Əksi yeni gərginlik, müharibə deməkdir.
Çünki İkinci Qarabağ müharibəsində Rusiyanın maraqları təmin edilməyib. Bölgədəki kommunikasiyaları nəzarətə götürmək istəyirdi, lakin nail ola bilmədi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət