Alimdən SƏRT TƏNQİD:“AMEA təzə quruluşa keçə bilmir”
Yusif Nəzərli
11:24 26.07.2022
Aktual
726
“Ona görə də, həmişə tənqid hədəfinə çevrilir”
“Azərbaycanda elmi nəticə sənayedə tətbiq olunmur. Bədbəxtçilik və bəla burdadır”
Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasını ( AMEA ) "vurub". Telekanal AMEA-nın fəaliyyəti barədə süjet hazırlayıb.
Bildirilib ki, AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib.
AMEA barələrində olan videonu rəsmi saytında yerləşdirib.
Akademiyanın belə addımı sosial şəbəkə istifadəçiləri arasında müzakirəyə səbəb olub. İddia edilir ki, bu ya qeyri-peşəkarlıqdır (məlumat oxunmadan yerləşdirilib), ya da akademiyanın içindən kiminsə təxribatıdır.
AMEA-nın prezidenti vəzifələrini rica edən Arif Həşimov AzTV-nin akademiya barədə tənqidi süjetinin qurumun rəsmi saytında yerləşdirilməsi məsələsinə münasibət bildirib.
A.Həşimov Manset.az-a açıqlamasında qeyd edib ki, bu, onun tapşırığı ilə edilib.
"Hazırda yay vaxtı olduğu üçün bir çox əməkdaşlarımız məzuniyyətdədirlər. Digər tərəfdən, yaradıcı insanlara saat rejimi qoymaq olmaz. Mən özüm və digər institut direktorları saat 8-9 qədər AMEA-da oluruq. Belə yanaşma düzgün deyil. Bəlkə, özündənrazılıq kimi qiymətləndirilə bilər, ancaq mənə kimsə AMEA-nın nə daxili, nə xarici işini, ümumən iş prinsiplərini öyrədə bilməz. Bundan əvvəlki AMEA prezidentlərinin zamanında bütün bu işləri mən görmüşəm Yaşlı alimlərimizin, xüsusən akademiklərin gənc nəslə dəstəyinə gəlincə, diqqətlə baxsaq, hər birinin nə qədər fəlsəfə doktorlarının, elmlər namizədinin yetişməsində, dərəcə almasında rolu olduğunu görərik. Mənim özümün 25-ə yaxın elmlər namizədinə dəstəyim var. 2002-ci ildə Fizika İnstitutunun direktoru olanda 200-ə yaxın gənci işə götürmüşəm. Tənqidi qəbul etmək və nəticə çıxarmaq lazımdır".
Məsələ ilə "Sherg.az"a danışan əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikirlərinə əsasən, AMEA tənqidlərdən nəticə çıxarmır:
"AMEA ilə bağlı 20-ə yaxın publisistik məqaləm var. Təhlil etmişəm. AMEA keçmiş sovet rejiminin inzibati idarə sisteminə uyğun qurumdur. Demokratik, liberal ölkələrdə belə qurumlar elmi klublar şəklində mövcuddurlar. AMEA təzə quruluşa keçə bilmir. Ona görə də, həmişə tənqid hədəfinə çevrilir. Nəticə də yoxdur, çünki struktur yeni quruluşa uyğun deyil.
Azərbaycanda dəyərli alimlər çoxdur.
Əksəriyyəti AMEA-da çalışır. Alimlər əhəmiyyətli məqalələr, monoqrafiyalar yazıb. Lakin Azərbaycanda elmi nəticə sənayedə tətbiq olunmur. Bədbəxtçilik və bəla burdadır. Elmi formula, həmçinin sənaye zavodları olsa da, amma texnologiya xətti yoxdur. Elm ilə sənaye arasında boşluq var. Boşluğu doldurmaq lazımdır".
Professorun qənaətincə, əvvəlcə elmi əsas hazırlanmalıdır:
"Keçmiş Sovet ölkələrinin çoxunda AMEA institutları universitetlərin müvafiq fakültələrinə inteqrasiya olub. Bizim üçün ən yaxşı struktut Türkiyə modelidir. Türkiyədə Elm, Sənaye və Texnologiya nazirliyi birlikdədir.
Texnoloqlar elmi nəticələri reseptlərə, sənayeçilət isə məhsula çevirir. Bizdə olmadığı üçün elm gündən-günə gözdən, hörmətdən düşür. Hətta hər il büdcə təsdiqlənəndə AMEA-ya Ümumi Daxil Məhsulun ( ÜDM ) 1 faizinin onda biri qədər vəsait ayrılır.
Halbuki Sinqapurda ÜDM-nin 4 faizi qədər vəsait ayrılır. Bununla ancaq "baş fırlatmaq" mümkündür. Elmə baxış kordinal dəyişməlidir".
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət