Arutyunyanın da sonu çatır
Yusif Nəzərli
09:38 27.07.2022
Siyasət
816
Rus sülhməramlıları anti-terror əməliyyatlarına mane ola bilməz
“Qarabağda Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutan silahlı erməni birləşmələrinin sonu yaxınlaşır”. Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Ermənistan öz silahlı qüvvələrini buradan çıxardıqdan sonra “müdafiə ordusu” adı altında terrorçu qüvvələrin saxlanılacağını deyir.
Ekspertə görə, əgər bu baş verərsə, terrorçu qüvvələrə qarşı anti-terror əməliyyatı keçirmək Azərbaycanın legitim hüququ olacaq: “Anti-terror əməliyyatına Rusiya sülhməramlı qüvvələri mane ola bilməz. Üçtərəfli sazişin müddəti bitdikdən sonra Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxmağa məcbur olacaq.
Azərbaycan situasiyanı ona uyğun idarə etməlidir. Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxacaqsa, başqa ad altında yeni silahlı birləşmələrin qalması Azərbaycanın suverenliyi və təhlükəsizliyi üçün təhdiddir. Separatçıların lideri Araik Arutyunyan da yolun sonuna çatdığının fərqindədir.
Onun Qarabağı tərk edəcəyi, hakimiyyətə qarşı müxalif qüvvələrə qoşulacağı gözlənilir. Reallıq odur ki, Qarabağda situasiya nə Cənubi Osetiya, nə də Abxaziyaya bənzəyir. Rusiya burada qala bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət