Arvadını küçədə öldürən şəxs onu 16 yaşında qaçırıbmış - TƏFƏRRÜAT
Yusif Nəzərli
08:27 28.07.2022
Cəmiyyət
440
Dünən Balakən şəhərində 27 yaşlı Elton Layicovun həyat yoldaşı, 2001-ci il təvəllüdlü Emilya Əbdürrəhmanovanın boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən bir neçə gün əvvəl E.Əbdürrəhmanova həyat yoldaşı ilə bağlı polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin 27 yaşlı Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına bıçaqla bir neçə xəsarət yetirib. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bildirilib ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda - 2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin təxminən 1 həftə əvvəl onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elton Layicov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə