Şəhid qardaşından ağıllı yanaşma:“Şəhid ailələri, qazilər reklam "materialı" olmamalı...”
Yusif Nəzərli
10:31 28.07.2022
Cəmiyyət
625
“Doğrudur, cəmiyyətin qınağı var, lakin aidiyyəti orqanlar da bu adamlara "qulaqburması" verilməlidir ki, yerlərini bilsinlər"
"Belə hadisələri son vaxtlar tez-tez görməyə başlamışıq. Şəhid qardaşı olaraq, mənə çox pis təsir göstərdi”.
Bu sözləri "Sherg.az"a ictimai-siyasi fəal, şəhid qardaşı Elyar İslamoğlu aparıcı Azər Zahidin qazini təhqir etməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, bir çox tanınmış, TikTok bloqerləri, eləcə də digər sosial şəbəkə fenomenləri qazi və şəhid ailələri üzərindən piar aparırlar:
"Reklam qarşılığında isə onları incidərək, pul verirlər. Əslində yaxşı olardı ki, şəhid ailələri, qazilər özlərini A.Zahid kimi insanların səviyyəsinə salmayıb, əllərindən pul almasınlar. Müharibədə yaralanan şəxslərə və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın yaxınlarına dövlət dəstək verməlidir. Bütün problemlərini aidiyyəti qurumlar həll etməlidir. Kifayət qədər xeyirxah vətəndaşlarımız da var. Onlar maddi və mənəvi yardımı edirlər, amma bunu sosial şəbəkəyə yansıtmırlar. Bəzən İcra Hakimiyyətlərinin də paylaşımlarına nəzər saldıqda görürük ki, hər hansı bir bayramqabağı 1-2 kq kartof, soğanı, vermişel "paçka"sını paketə qoyub, qazinin evinə gedirlər. Ailəsini də şəkil çəkmək üçün ətrafına toplayırlar. Bəlkə, qazi, onun uşaqları utanır?! Ola bilər, verilən ərzağa həmin şəxslər ehtiyac duysunlar. Amma nümayiş etdirmək gərəksizdir".
E.İslamoğlu həmçinin əlavə edib ki, sözügedən aparıcının qazi ilə görüntülərdəki rəftarını düzgün hesab etmir:
"Onların hər hansı qüsurunun olduğunu üzlərinə vurmamalıyıq. Bizdən heç bir fərqləri yoxdur. Əksinə, digər insanlardan daha üstündürlər. Çünki vətən uğrunda döyüşüblər, torpaqlarımızı azad ediblər, səngər yoldaşları şəhid olub. Buna bənzər video daha əvvəl də yayıldı. Adını çəkmək istəmədiyim məşhurlardan biri şəhid anasını mebel salonunu reklam etdirməyə aparıb. Qəti şəkildə doğru deyil. Şəhid ailələri, qazilər belə insanlara reklam "materialı" olmamalı, çağırışlarına getməməlidirlər, istifadə edilmələrinə imkan yaratmamalıdırlar. Belə hallarda səhvə yol vermiş adamlar nəzarətə götürülməli, cəzalandırılmalıdır. Doğrudur, cəmiyyətin qınağı var, lakin aidiyyəti orqanlar da bu adamlara "qulaqburması" verilməlidir ki, yerlərini bilsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə