“Çox yaxşı ki, xalqımız radikal məzhəbçiliyi din kimi bizə sırımağa çalışanlara qarşı mübarizə aparır” - Millət vəkili
10:12 07.08.2022
Cəmiyyət
553
“Azərbaycan İslam dinin ən doğru əsaslarda və düzgün fəlsəfi təmmələrdə dərk edildiyi ölkələrdən birdir. Ona görə də tarixin müxtəlif dövrlərində müxtəlif xalqların öz qeyri-islami ənənələrini və şovinist ambisiyalarını din ya da məzhəb adından dinimizə yamaq edərək şüurumuza yerləşdiriləməsini qəbul etmir”.
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, başqa xalqların məzhəb adı altında milli şüurumuzu işğal etməsi və bu vasitə ilə milli maraqlarımız üzərində istila qurması əsla qəbul edilən deyil:
“Çox yaxşı ki, xalqımız bunun fərqindədir və uzun əsirlər boyu radikal məzhəbçiliyi din kimi bizə sırımağa çalışanlara qarşı, məzhəb üzərindən bizi özlərinə kölə etməyə çalışan mərkəzkərə qarşı layiqli mübarizə aparır. İslam dininə görə insanın özünə əzab verməsi qadağandır. Buna mazaxizm (özünə əzab vermək ) deyilir. Nə milli psixologiyamızda, nə də dini inancımızda bu yoxdur .
Ona görə də Aşura günü adətimizin ən uyğun şəkildə yerinə yetirilməsi üçün inanc sahiblərimiz ən doğru formanı seçməyi bacarıblar. Bu həm İslam dinin məntiqinə və fəlsəfəsinə həm də milli adət və ənənələrimizə uyğundur. Üstəlik Azərbaycan qanunları tərəfindən də də dəstəklənir. Yəni müsəlman olaraq xeyir əməl icra edərək Aşura günündə qanvermə aksiyası keçiririk. Bu olduqca təqdir və təşviq olunmalı bir hadisədir”
Deputat bildirib ki, inanc yerlərimizdə təşkil edilən kütləvi qanvermə yüzlərlə insanın müalicəsi və şəfa tapması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Beləliklə də həm dinimizin rtuallarını düzgün yerinə yetirmiş olur həm də savab əməl icra etmiş oluruq ki, bu da dinən ən məqbul əməldir. Ona görə də Aşura mərasimin bu cür humanist və saleh əməllərlə icrası mümkünkən onu mazaxizmə çevirmək yolverilməzdir. Mömünlərimizin Aşura günüdə qanvermə aksiyası bütün İslam aləmi üçün bir nümunədir və bu ənənə daha da genişlənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı