
Haqlı tərəf Təl-Əvivdir...
Yusif Nəzərli
10:05 09.08.2022
Dünya
811
İsrailin varlığı bəşəriyyət üçün lazımdır
Politoloq: "Fələstinlilər ərəb ölkələrinə xas xüsusiyyət kimi zəhmət çəkmədən yaşamaq arzusundadırlar"
Fələstinlə İsrail arasında gərginlik yenidən alovlanıb. Fələstin tərəfinin açıqlamalarına görə, İsrailin Qəzza sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 32 fələstinli həlak olub, 253 nəfər yaralanıb. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS təşkilatının raket hücumlarına cavab olaraq gerçəkləşdirildiyini qeyd edib. İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “İslami cihad” radikal Fələstin qruplaşmasının 20 fəalını saxlayıb. Həbslər xüsusilə Cenin şəhərində, Tsaida, Anaza və Rai kəndlərində, həmçinin Tulkərm qaçqın düşərgəsi ərazisində həyata keçirilib.
İsrail Ordusu Qəzza zolağında “İslami Cihad” hərəkatına qarşı “Sübh” əməliyyatına başlayıb. İsrailin Baş naziri Yair Lapid deyib ki, müdafiə qüvvələri Qəzza zolağında hərbi əməliyyatın bütün məqsədlərinə nail olub. Hadisələrdən sonra İsrail və Fələstin arasında Misirin təklifinə əsasən atəşkəs bərqərar olunub. Tərəflər atəşin dayandırılması barədə razılığa gəliblər. İsrail, hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifi ilə də razılaşıb.

Politoloq Vasif Əfəndiyev “Şərq”ə deyib ki, onun subyektiv baxışına görə, İsrail-Fələstin münaqişəsində haqlı tərəf Təl-Əvivdir. Ekspertin sözlərinə görə, mövzuya tarixi nöqteyi-nəzərdən yanaşsaq da, israillilərin bölgədə dövlət haqqı tanınmalıdır:
“Fələstin uzun müddətdir BMT-nin onlara verdiyi haqqı ayaqlar altına atır, İsrailin dövlət hüququnu tanımaq istəmir. Bölgədə real vəziyyət hazırda baş verən siyasi prosesləri tamamlayır. İsrailin ərazi bütövlüyü bir neçə əhəmiyyətsiz dövlətləri çıxmaq şərti ilə tanınıb. Yəhudilər dünya elm və mədəniyyətinə saysız-hesabsız görkəmli şəxsiyyətlər bəxş etmiş xalqdır. İsrailin varlığı bəşəriyyət üçün lazımdır. Fələstinlilər isə ərəb ölkələrinə xas xüsusiyyət kimi zəhmət çəkmədən yaşamaq arzusundadırlar. İranın təsir dairəsində olan Fələstin bölgədə daim gərginlik yaradır, yəhudilərin həyatı üçün real təhlükə yaradır. Fələstinə atılan raketlər cavab atəşidir. İsrail ərazilərinə 300-dən artıq raket atılıb”.
Tərəflər arasında gərginliyin yenidən alovlanması Ankara hökuməti tərəfindən ənənəvi olaraq tənqid olunacaq:
“Lakin İsrail-Türkiyə münasibətlərinin geriləməsi baş verməyəcək. Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşması həm Qərb dairələrini, həm Rusiyanı, həm də PKK tərəfdarlarını çox narahat edir. Qonşu İran da Türkiyənin gündən-günə artan hərbi qüdrətinə qısqanclıqla yanaşır. Lakin bu güclərin qısqanclığı mənasızdır və əllərindən gələcək bir şey yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı