Hamlet İsaxanlı Gürcüstan azərbaycanlıları ilə görüşüb
22:28 19.11.2022
Gündəm
480
Noyabrın 19-da Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, eləcə də Tbilisidə yeni fəaliyyətə başlayan “Şərq-Qərb Tədris Universiteti”nin həmtəsisçisi, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, akademik Hamlet İsaxanlı ilə Gürcüstan azərbaycanlılarının görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında mədəni, humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemləri, kadr çatışmazlığı və bu problemlərin həlli yolları diqqət mərkəzində olub. Görüşdə icmanı narahat edən təhsil sahəsində yaşanan problemlər və həlli yolları müzakirə edilib.
Gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva çıxış edərək Gürcüstanda soydaşlarımızın təhsil sahəsində yaşadıqları problemlərdən danışıb, Azərbaycandilli məktəblərin sayının ilbəil azaldığını diqqətə çatdırıb, milli məktəblərdə kadr çatışmamazlığını, bu və digər problemlərin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. Eyni zamanda, Gürcüstanın dövlət strukturlarına edilən müraciətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi dəstək barədə məlumat verib. Təhsil sahəsinə yatırılan sərmayələrdən, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən bu ölkənin universitetlərində təhsil alan gənclərin təhsil haqqlarının qarşılanmasından söz açan müşavir deyib ki, bu dəstək davamlı olaraq həyata keçiriləcək.
Professor Hamlet İsaxanlı Xəzər Universitetinin təsis olunması zərurətindən danışıb, bu zaman qarşılaşdığı problemlərdən və onların həlli yollarından danışıb. O, Gürcüstanda həmtəsisçisi olduğu universitetin məqsəd və məramı barədə məlumat verib, Gürcüstan azərbaycanlılarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Tbilisidə fəaliyyət göstərən və “Şərq-Qərb Tədris Universiteti” cari il avqustun 9-da beynəlxalq akkreditasiyadan keçib və tam hüquqi fəaliyyət göstərir. Hələlik tibb ixtisası üzrə kadr hazırlayan tədris ocağında gələcəkdə digər ixtisaslar üzrə də kadrların hazırlanacağı vurğulanıb.
Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetinin nəzdində müəllim hazırlığı, həmçinin, teatr və jurnalistika üzrə fakültə və departamentlərin açılması ilə bağlı professor H.İsaxanlıya müraciət ünvanlayıblar.
Qeyd edək ki, universitetin digər həmtəsisçisi İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, professor Teymuraz Xurodzedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya