Güllü Yoloğlu TAİB Qadınlar Şurasının sədri seçildi - Fotolar
13:46 20.11.2022
Cəmiyyət
548
Mehparə Əliyeva və Günel Yaz TAİB QŞ-nin sədr müavini vəzifəsində fəaliyyət göstərəcəklər
Türk Ağsaqqalları Birliyi (TAİB) Qadınlar Şurasının yaradılması ilə bağlı təşkilatın İdarə Heyətinin açıq iclası keçirilib.
TAİB sədri, YAP Veteranlar Şurasının sədr müavini, akademik Sudeyif İmamverdiyevin də iştirak etdiyi iclasda əvvəlcə qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və vətənpərvərlik ruhunda yetişməsində qadınların böyük rol oynadığından söhbət açılıb.
TAİB-in İdarə Heyətinin üzvləri çıxışlarında qeyd ediblər ki, çağdaş dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və bu gün onlar dövlət idarəçiliyində, diplomatiya meydanında, biznes sektorunda, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda inkişafa xidmət edən fəaliyyət nümunələri yaradırlar. O da xüsusi vurğulanıb ki, qadınların özünü təsdiqi üçün ölkəmizdə mövcud olan əlverişli iş şəraiti həm milli-mənəvi dəyərlər sistemindən, həm də Dövlətimizin həyata keçirdiyi qadın, gender siyasətindən irəli gəlir. İclasda Prezident İlham Əliyevin Azərbaycan qadınları barədə fikirlərinə də diqqət yönəldilib:
"Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir".
Natiqlər qeyd ediblər ki, Azərbaycan Prezidentinin bu fikirləri onun həyata keçirdiyi siyasətdə öz əksini tapır və bu gün dövlət səviyyəsində həyata keçirilən proqramlarda gender məsələlərinə xüsusi önəm verilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söz açan TAİB rəsmiləri qeyd ediblər ki, birinci xanımın misilsiz xidmətləri Azərbaycan qadınlarına böyük stimul yaradır. “Mehriban xanım Əliyeva bu gün beynəlxalq arenada Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, mötəbər tribunalardan həqiqətlərimizi dünyaya yayır, tariximizi, zəngin mədəni irsimizi və söykəndiyimiz dəyərləri yüksək səviyyədə təbliğ edir” – deyə, TAİB təmsilçiləri qeyd ediblər.
Daha sonra iclasda təşkilati məsələlər müzakirə olunub və TAİB-in Qadınlar Şurasının yaradılmasının əhəmiyyətindən söz açılıb. Ardınca isə seçki prosesinə keçid alınıb və iclas iştirakçıları TAİB-in Qadınlar Şurasının sədri vəzifəsinə Dünya Türkologiya Mərkəzinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlunun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Güllü Yoloğlu yekdilliklə TAİB-in Qadınlar Şurasının sədri vəzifəsinə seçilib.
Səsvermə yolu ilə Qadınlar Şurasının sədr müavinləri də müəyyənləşdirilib. AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mehparə Əliyeva və gənc diplomat, türkmedia.az saytının rəhbəri Günel Yaz TAİB Qadınlar Şurasının sədr müavini seçiliblər.
İdarə Heyətinin iclasından sonra TAİB Qadınlar Şurasının ilk toplantısı keçirilib və fəaliyyət planın hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bir müddət öncə TAİB-in Gənclər Təşkilatı da yaradılıb. Qadınlar Şurasının yaradılması ilə bağlı İdarə Heyətinin açıq iclasında TAİB Gənclər Təşkilatının təmsilçiləri də fəal iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət