Proqnoz verildi! - Rusiya-Ukrayna savaşının bitmə tarixi bəlli oldu
Yusif Nəzərli
04:24 22.11.2022
Dünya
563
"Qərb ölkələrini təmsil edən hərbçilər və analitiklər müharibədə Rusiyanın məğlubiyyətini proqnozlaşdırırlar"
Amerikanın “Wall Street Journal”ı “Ukraynanın Xerson qələbəsi Rusiya ilə bütün cəbhələrdə dinamikanı dəyişdirir” başlıqlı xəbər dərc edib. Qəzetin yazdığına görə, Xersonun qələbəsi hətta uzaq cəbhələrdə də əks-səda verib. Moskva artıq öz qoşunlarını yerləşdirir. Ukraynalılar isə üstünlüyünü genişləndirmək üçün yollar axtarır. Rusiyanın doqquz ayda işğal edə biləcəyi yeganə regional paytaxt Xersondan biabırçı şəkildə geri çəkilməli olduğunu xatırladan nəşr xəbər verir ki, Moskva Ukraynanın cənubundakı digər bölgələrə ən yaxşı qoşunlarını köçürüb.
Təxminən 20 min əsgər başqa cəbhələrə göndərilsə də, onları “qismən səfərbərliyə" çağırılan və bir neçə həftəlik təlim keçən yeni çağırışçılar əvəz edib. Məlumata görə, ötən ay Krımı və Rusiya materikini birləşdirən Kerç körpüsünü partladan Ukrayna Moskva gəmilərinin yarımadaya çıxışını yalnız bir dəmir yolu ilə məhdudlaşdırıb. Azov dənizinin sahilinə qədər gedən dəmir yolu hazırda ukraynalıların atəş məsafəsindədir.
“The Wall Street Journal” yazıb ki, Donetskdə Baxmutu ələ keçirmək üçün hücuma keçən rus işğalçıları növbəti dəfə ukraynalılar tərəfindən dəf edilib. Qəzetə danışan hərbi strateqlər deyirlər ki, ardıcıl üç qələbə qazanan Ukraynanın bir neçə cəbhədə təzyiq göstərmək şansı olub. Rus ordusunda isə 300 min ehtiyat əsgərin “qismən səfərbərlik”lə cəbhəyə sürgün edilməsinə baxmayaraq, iğtişaş səngiməyib, əhval-ruhiyyə aşağı səviyyədədir. Sosial şəbəkələrdəki paylaşımlar rus qoşunlarının parçalandığını göstərir. Nəşr xüsusilə ABŞ-ın göndərdiyi uzun mənzilli HIMARS raketlərinin cəbhədəki tarazlığı dəyişdiyini və Dnepr çayının qərb sahilinə çatan ukraynalıların artıq Rusiyanı hədəf alaraq şərq və cənuba kilometrlərlə irəliləyə biləcəyini bildirib. Hazırda Ukrayna qoşunları Dnepr çayının qarşı sahilində rus işğalçılarını atəşə tutur. Bəzi xüsusi təyinatlılar isə çayın o tayına enib.
Krımla Rusiyanın materik hissəsini birləşdirən Kerç körpüsünün təmiri hələ başa çatmayıb. 2014-cü ildən Ukrayna ordusuna məsləhət verən britaniyalı istefada olan polkovnik-leytenant Qlen Qrant Dnepr çayını keçəcəyi təqdirdə rus işğalçılarının qaçacağını proqnozlaşdırır:
"Ukraynalılar çayı kütləvi şəkildə keçsələr, ruslar Xersonda olduğu kimi qaçmağa davam edəcəklər. Rusiya regionda açıq-aşkar çıxılmaz durumdadır. Ukraynalılar Dnepr çayının sahillərinə nə qədər tez çatsalar, onlar üçün bir o qədər yaxşı olacaq”. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Mark Milley keçən həftə bildirib ki, ukraynalılar qış yaxınlaşsa da Rusiyaya təzyiqlərini davam etdirməlidirlər. General Milley əlavə edib ki, həftələrdir Rusiyanın hücumları dalğası altında olan Baxmutda ukraynalılar çox uğurlu mobil müdafiə edir.
Ekspertlər bu gedişlə qısa zamanda Rusiya-Ukrayna savaşının sona çatacağını bildirirlər. Təbii ki, Qərb ölkələrini təmsil edən hərbçilər və analitiklər müharibədə Rusiyanın məğlubiyyətini proqnozlaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm