
“At, eşşək ətini kəsənlər ifşa edilirlər, amma bəzi restoranlar...”
“At, eşşək ətini kəsənlər ifşa edilirlər, amma bəzi restoranlar...”
Yusif Nəzərli
12:42 22.11.2022
Aktual
657
“Tələb olmasa, təklif olmaz”
“Tələbi kim yaradır, o ətləri kimlər alır?"
"Heç vaxt bu tədqiqatın aparıldığını görmədik”
"Ölkədəki heyvanlar identifikasiya olunmayana qədər belə problemlərlə qarşılaşacağıq".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, heyvanların identifikasiya prosesi bir çox ölkədə həyata keçirilir:
"Heyvan dünyaya gələndə ona xüsusi kod verilir. Göstərilən baytarlıq xidmətlərinin hər biri kompüter bazasında əks olunur. Bir il öncə bu istiqamətdə apardığım və Azərbaycanın məlum sahə üzrə həddindən artıq geri qaldığını bildirən çıxışlarımdan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəis müavini Rəşad Mafusov mənimlə görüşdü. Məsələnin tezliklə həll oluncağını bildirdi".

AİB sədri diqqətə çatdırıb ki, AQTA artıq 3 ilə yaxındır, fəaliyyət göstərir, amma Azərbaycandakı heyvanların heç 0.5 faizi də identifikasiya olunmayıb:
"Yer üzündəki mövcud xəstəliklərin 75 faizi insanlara heyvanlardan keçir. Ona görə də heyvan ətinin izlənməsi çox mühümdür. Hətta Nazirlər Kabinetinin 94 saylı qərarında da qeyd olunur ki, bütün mallarla bərabər, satışda olan ətlər mütləq paketlənməlidir.
Onun üzərində buraxılma tarixi, son yararlılıq müddəti, hansı formada istehsal olunması kimi məsələlər əksini tapmalıdır. Lakin diqqət yetirdikdə görürük ki, ən elit mağazalarda belə ətlərin hamısı paketlənməyib.
Azərbaycanda yalnız bir müəssisə var ki, ətləri paketləyir. Təəssüf ki, onun da çox kiçik hissəsi bazarın payına düşür. Üstəlik, dövlət orqanları illər boyu at, eşşək ətinin kəsildiyi yerləri ifşa edir.
Tələb olmasa, təklif olmaz. Tələbi kim yaradır?! O ətləri kimlər alır?! Heç vaxt bu tədqiqatın aparıldığını görmədik. Şübhəsiz ki, hər birimiz bu istifadəyə yararsız ətlərlə rastlaşa bilərik. Dəniz suyunun duzlu olduğunu bilmək üçün hamısını içməyə ehtiyac yoxdur, barmağını ağzına vursan, duzlu su olduğunu bilərsən. Lakin bu fikirlərlə çıxış etdikdə sübut tələb edirlər. Bunu isə dövlət orqanları etməlidir.
Ekspertiza aparmalıdır. Əfsuslar olsun ki, AQTA-nın əsasnaməsində yalnız malların təhlükəsizliyini təmin etmək məsələsi vurğulanır. Keyfiyyət ilə heç kəs məşğul olmur. Bu Agentliyə əlavə səlahiyyətlər verilməlidir ki, onlar operativ reaksiya mexanizmi ilə sözügedən pozuntuları aşkarlaya bilsinlər". Qeyd edək ki, cəmiyyətdə istər bahalı, istərsə də ucuz qiymətli restoranlarda at və ya eşşək ətinin istifadə olunduğu ilə bağlı iddialar mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm