Çin amili güclənir
Yusif Nəzərli
21:34 19.01.2023
Gündəm
474
Bakı bu xətti uzunmüddətli konsepsiyaya çevirə bilər
Dünya nizamındakı qüvvələr və güc nisbəti dəyişir
Azərbaycan xarici siyasət kursunu “Çin mərkəzli” trayektoriyaya yönləndirir
Pekinin Türk Dövlətləri Təşkilatının iqtisadi potensialından faydalanmaq istəklərini görmək olur
Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Qeyd edək ki, Davos İqtisadi Forumu dünyanın çarxını müəyyən etmək üçün tezislərin, idealların toplandığı mühüm platformadır. Ekspertlərin fikrincə, bu platformadan ötürülən mesajlar rəqiblərin, tərəfdaşların və dostların nəbzini ölçməyə istiqamətlənir. Onların verilən bəyanatlara hansı reaksiya göstərəcəyini təyin edir.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Çin beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniyalara qoşulmur. Ekspert vurğulayıb ki, əksinə, “səssiz ordu”su olan iqtisadi rıçaqlarından Bakının regional oyun qaydalarındakı yerini möhkəmlətmək üçün istifadə edir:
"Azərbaycan Zəngəzur dəhlizinin açılmasını Ermənistanın qarşısına şərt qoyur. Açılması gözlənilən bu koridor Orta Dəhlizin əhəmiyyətini artırır və Çinin Cənubi Qafqaz regionundakı iştirak həcmini genişləndirə biləcək platformaya çevirir. Prezident İlham Əliyev müsahibədə Orta Dəhliz kontekstində “biz öz ev tapşırığımızı yerinə yetirmişik” deməklə pası Çinə atır. Yəni Çin bundan sonra Azərbaycandakı yatırımlarının istiqamətini Zəngəzur dəhlizinin açılması, onun perspektivləri və enerji resurslarının ixrac marşrutlarını şaxələndirməyə yönəltməlidir. Orta Dəhlizin gələcəyini parlaq edəcək vasitələrdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər hövzəsinə yönəldilməsi planıdır. Çinin nəhəng iqtisadi proyektlərinin xəritəsinə baxdıqda Pekinin Türk Dövlətləri Təşkilatının iqtisadi potensialından faydalanmaq istəklərini görmək olur".
Analitik qeyd edib ki, TDT gələcəyin alternativ güc mərkəzi olmaq iddiasını gözə çarpdırır: "Bu təşkilata üzv olan ölkələrdəki iqtisadi sərvətlər Çin üçün cəlbedicidir. Ona görə də Çin TDT-nin iqtisadi gücünü özünün qüdrətinə transfer etmək məqsədlərini güdməkdə inadkardır. Dünya nizamındakı qüvvələr və güc nisbəti Çinin xeyrinə doğru dəyişmək axarına girib. Oxumaq olur ki, Azərbaycan xarici siyasət kursunu “Çin mərkəzli” trayektoriyaya yönləndirir. Dövlət başçısı İlham Əliyevin müsahibədəki tezislərinin ümumi xarakteristikasından belə qənaət hasil olur. Prezident müsahibədə digər qlobal oyunçuları tənqid, Çini isə təqdir etdi. Ölkə rəhbəri İlham Əliyevin sitatı: “Bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır”.
Bunun paralelində İlham Əliyev müsahibədə Çinin iqtisadi, texnoloji resurslarla dünya siyasətindəki həlledici rolundan danışdı. Bununla da Azərbaycanın xarici siyasət kursundakı strateji hesablamaların açarını təqdim etdi. Bu hesablamalarda Çinə ən ağıllı və başqasının potensialını düzgün qiymətləndirən oyunçu kimi baxılır".
A.Kərimov vurğulayıb ki, Çindəki iqtisadi artım tempi və bunun qlobal siyasətdəki təzahürləri Azərbaycana sərfəli görünür:
"Ölkə başçısı bunu “Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”, - deməklə ifadə etdi. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin qloballaşan nəticələrini və bunun Cənubi Qafqaza mənfi təsirlərini Çin amili tarazlaşdırmağa çalışır. Bakı bu xətti uzunmüddətli konsepsiyaya çevirə bilər. Dövlət başçısı Davos İqtisadi Forumunun kuluarlarından Çin barədəki xoşməramlı mesajları, o cümlədən Çin Sədri Si Cinpinin onu böyük dostu kimi gördüyünü deməsi Pekinin rəqiblərinin diqqətini çəkəcək. Mümkündür ki, bundan sonra Zəngəzur dəhlizində hakim mövqe qazanmaq istəyən Rusiya, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı Çin faktoru ilə bağlı mövqelərini yenidən nəzərdən keçirsinlər. Bunun regionda sağlam rəqabətin hüdudlarını aşıb, gərgin fazaya daxil olmasını Rusiya-Ukrayna müharibəsinin gedişatı müəyyən edə bilər.
Ancaq Çin əlində tutduğu regional və qlobal layihələrin bəşəri dayanıqlılığını təmin etmək üçün investisiyalarının həcmini böyütməkdən qaçmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm