Britaniyada erməni terroruna etiraz edildi
05:54 22.01.2023
Aktual
545
London şəhərinin Parlament meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz olaraq dinc aksiya keçirilib.
Diasporla İş Üzrə Dövlət Komitəsindən Sherg.az-a bildiriblər ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Görkəmli dövlət xadimi Uinston Çörçilin abidəsinin yerləşdiyi meydanda iki saat davam edən aksiya zamanı “Ermənistanın Azərbaycandakı ekoloji terroru dayandırılsın!”, “Ermənistanın Qafqazda ətraf mühiti dağıtmasına son qoyulsun!”, “Ermənistanı dayandırın. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamızın məhv edilməsinə son qoyulsun!”, “Erməni ekosidini dayandırın!”, “Erməni minaları = müharibə cinayətləri!”, “Biz ədalət tələb edirik!”, “Günahsız mülki vətəndaşlardan sonra Ermənistanın növbəti hədəfi bizim təbiətimizdir”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarlarının və çağırışlarının əks olunduğu plakatlar nümayiş etdirilib.
Britaniyadakı soydaşlarımız bu addımla Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatları nümayəndələrini dəstəklədiklərini bəyan ediblər.
Aksiya çərçivəsində Londonun mərkəzi küçələrində yerli sakinlərə Ermənistan tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ekoterror törətməsi ilə bağlı məlumatlandırıcı vərəqələr də paylanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya