Kreml hər iki tərəf üçün təklif hazırlayır
Yusif Nəzərli
03:51 24.02.2023
Siyasət
554
Lavrovun səfərində məqsəd, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır
Rusiya xarici işlər nazirinin Bakıya rəsmi səfəri fevralın 27-28-də baş tutacaq. Rusiya sözçüsü Mariya Zaxarova deyib ki, səfər düz bir il əvvəl prezidentlər tərəfindən imzalanmış “Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”sinin bağlanmasının ildönümünə təsadüf edir. Diplomat qeyd edib ki, Bakıda Sergey Lavrovla Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılacaq. Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lavrovun çıxışı fevralın 28-də Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında nəzərdə tutulub.O qeyd edib ki, Lavrov Azərbaycanda Moskva ilə Bakı arasında münasibətlərin bütün aspektlərini, o cümlədən regional və beynəlxalq səviyyələrdə mühüm problemləri müzakirə edəcək. Eyni zamanda Rusiyanın üçtərəfli bəyanatının necə yerinə yetirilməsinə diqqət yetiriləcək. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan müharibədən sonrakı normallaşma prosesinin əsasında bu sazişlər dayanır. Diplomat vurğulayıb ki, sənədlərin bütün bəndlərinin həyata keçirilməsi Cənubi Qafqaza sülh və rifahın qaytarılmasına kömək edəcək.
Lavrovun səfərini "Şərq"ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Kreml hər iki tərəf üçün təklif hazırlayır. Analitikin sözlərinə görə, Lavrovun səfərində başlıca məqsəd, sözsüz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır: "Böyük ehtimalla, Moskva sülh müqaviləsinin imzalanmasına hazırlıq görməyə çalışır. Son zamanlar Rusiya Ermənistan və Azərbaycanın diplomatik missiyasının əlaqələri xeyli dərəcədə sürətlənib. Azərbaycandan Rusiyaya və əks istiqamətdə səfərlər intensivləşib. Eyni zamanda Rusiya rəsmilərinin Ermənistana və ermənilərin də Moskvaya səfərləri xeyli artıb. Rusiya tərəfindən bu sayaq səfərlərin artması onların sülh müqaviləsilə bağlı hansısa bir təkliflə gəldiklərinə də işarə ola bilər. Bu təkliflərin hər iki tərəf üçün məqbul olub-olmayacağını, onu qəbul edib-etməyəcəkləri təklif təqdim edildikdən və tanışlıqdan sonra bəlli olacaq. Yəqin ki, təklifin formasına münasibətdə hər iki tərəfdən müəyyən etirazlar olacaq".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya