Azərbaycanda “Trendyol”a qadağa qoyula bilər - Səbəb
Yusif Nəzərli
08:08 24.02.2023
İqtisadiyyat
722
Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur.
Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.
O, qeyd edib ki, "Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər:
"Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var.
Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi.
Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir".
"Azərbaycanda bu sahədə rəqabət şərtləri intensivləşdikcə rəqabət orqanları alqoritm əsaslı rəqabəti öyrənməlidir. Ümumiyyətlə rəqəmsal bazarların tənzimlənməsinin qarşısındakı ən böyük çətinlik odur ki, həm iqtisadiyyatı, həm rəqabəti, həm də alqoritmi bilən mütəxəssis azlığı var", - deyə C.Süleymanlı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya