
Azərbaycan israrlıdır! - Ordumuzun Türkiyə modelinə keçidi nə vaxt bitəcək?
Yusif Nəzərli
13:05 13.06.2023
Gündəm
792
“Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. İqtisadi əlaqələrə də toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin sürətlə artaraq 6 milyard dollara yaxışlaşdığını və gələcəkdə daha da artacağını qeyd edib.
Azərbaycanın Türk ordu modelinə keçidlə bağlı qərarının müstəsna əhəmiyyət kəsb etdiyini bildirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, bu keçid, Azərbaycan ordusunun NATO modelinə uyğunlaşması deməkdir:
"Çünki Türkiyə NATO-nun aparıcı dövlətləri siyahısında ikinci yerdədir. Hazırda Türkyə ordu modelinə keçid uğurla davam edir və Azərbaycan Silahlı Qüvvələri təxminən iki il ərzində bu prosesin tamamlanmasını planlaşdırır. Ordumuzun bütün elit hissə və bölmələri müharibədən əvvəl belə, Türkiyə ordu modelinin planına uyğun olaraq hazırlanırdı. Hətta Vətən müharibəsində qələbənin təminin edilməsində müxtəlif qoşun növlərinin, xüsusi təyinatlı qüvvələrinin nə qədər effektiv fəaliyyət göstərdiyinin şahidi olduq".

Ekspert vurğulayıb ki,Türkiyə ordu modelinə keçid prosesi bundan sonrakı dövrdə daha da sürətlə davam edəcək:
"Digər tərəfdən isə Azərbaycan zamanla arsenalında mövcud olan silah və texnikaların dəyişdirilməsini də həyata keçirəcək. Artıq Azərbaycan Türkiyə və İsraildən NATO standartlarına cavab verən silah və texnikaları tədarük edir. Bunlar Azərbaycanın regionun lider dövləti olaraq, öz müdafiə məsələlərinə qətiyyən qənaət etmədiyini, həmçinin təhlükəsizliklə bağlı zəruri olan addımları atmaqda israrlı olduğunu nümayiş etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm