Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi
10:20 27.11.2023
Aktual
483
Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Ağdərə kəndində yerləşən məqbərəsi dağılıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib:
“Türbə Nazirlər Kabinetinin 2 avqust 2001-il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil deyildir. Buna baxmayaraq, ölkə ərazisində olan və həmin siyahıda yer almayan abidələrin aşkar olunaraq qeydiyyata götürülməsi istiqamətində aparılan monitorinqlər davam etdirilir. Son illər aparılmış monotorinqlər nəticəsində 1700-dək abidə aşkar olunaraq tarixi abidələr siyahısına daxil edilib. Eləcə də Xızı rayonu üzrə 64 abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Yeni aşkar olunmuş bütün abidələrin dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına təqdim olunacaq. Bundan sonra həmin abidələrin təmir-bərpa, konservasiya, restavrasiyası istiqamətində işlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş qoşunları arasında baş vermiş döyüş nəticəsində öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunub. Sonradan onun nəşi Ərdəbilə aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat