“Azəristiliktəchizat”ın “Azəriqaz”a olan debitor borcunun həcmi açıqlanıb
Yusif Sultanoğlu
07:23 01.12.2023
İqtisadiyyat
797
“Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 mln. manat həcmində debitor borcu var.
“APA-Economics” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, qeyd olunan məbləğın 22,9 mln. manatı öz təstiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur.
"Qalan məbləğlər ciddi şəkildə müzakirə mövzusu olmasa da, amma hər halda hələlik öz təstiqini tapmayıb.Yəqin ki, iki dövlət arasında yerdə qalan məbləğ mövzusu öz həllini tapacaq", - Eldəniz Vəliyev qeyd edib.
Qeyd etmək lazımdır ki, 2021-2022-ci illərin istilik mövsümündə “Azəristiliktəchizat”ın istifadə edilmiş qaza görə “Azəriqaz”a debitor borcu ilə bağlı məsələ gündəmdə idi, lakin sonra problem öz həllini tapdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat