
Paşinyanın məqsədi saxta soyqırımı iddialarını aradan qaldırmaqdır
11:30 20.04.2024
Siyasət
383
Söhbət saxtalaşdırılmış tarixdən gedir
Ermənistan Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi də Ermənistanda mübahisələrə səbəb olub. 17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub. Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “böyük fəlakət” və “cinayət” sözlərindən istifadə edib. Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb. Xatırladaq ki, Paşinyan qondarma soyqırımla bağlı alimlərə tədqiqat göstərişi verib. Lakin yüz illik yalanlarının üzə çıxacağından ehtiyatlanan ermənilər Ermənistanın arxivlərində bu barədə yetərincə məlumat və materialların olmadığını etiraf ediblər.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, arxiv məlumatlarına əsasən, həmin dövrdə Türkiyədə 856 min erməni olub. Professorun sözlərinə görə, məskunlaşdığı yerlərdə qarışıqlıq yaratdıqlarına, xəyanət ediklərinə görə onları Suriya tərəflərinə köçürmək qərarı verilib:

"Daha doğrusu, Osmanlının içərilərinə doğru sürüblər ki, paytaxtı, iri şəhərləri qarışdırmasınlar. Proseslərdə təxminən üç minə yaxın erməninin zərər gördüyü deyilir. Araşdırmaların nəticəsi olaraq bir neçə elmi kitab ərsəyə gətirdik və sənədlərlə sübut etdik ki, ermənilərin iddialarının hamısı yalan, uydurmadır".
Alim vurğulayıb ki, türkləri uydurma soyqırımı törətməkdə ittiham edən ermənilər Naxçıvanda, Qarabağda, Dərələyəzdə, Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Lənkəranda əsl soyqırımlar törədiblər: "ABŞ Konqresinin kitabxanasında olan arxiv materialları əsasında müəyyən edilib ki, ermənilər həmin müddətdə bir milyona yaxın türkü qırıblar. Ancaq ermənilər saxtakarlıq edərək arxivdəki "türk" sözü ilə "erməni" ifadəsinin yerini dəyişdiriblər. Guya türklərin 1 milyon ermənini qətl etdiklərini uydurublar. Türkiyənin xarici işlər naziri erməni olub, parlamentdə 14 erməni təmsil olunub. Saxta soyqırımı iddialarının müəllifi Böyük Britaniyanın müəyyən dairələridir. İndi erməni araşdırmaçıları çox gözəl bilirlər ki, bu iddianın altı boşdur və söhbət saxtalaşdırılmış tarixdən gedir. Ermənilər başdan-ayağa saxtakardırlar. Görünür, Nikol Paşinyanın da əsas məqsədi bu saxta soyqırımı iddialarını aradan qaldırmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya