Polad Bülbüloğlu infarkt keçirib?
Polad Bülbüloğlu infarkt keçirib?
10:02 25.07.2024
Gündəm
418
Çox təəssüf ki, hər şey məhz bu cür baş verir. Bunun nə ilə bağlı olduğunu anlamaq çətindir. Təbii ki, artıq 18 yaşı çoxdan tamam olan hər bir insan kimi mən də bəzi xəstəliklərlə üzləşə bilərəm, amma xoşbəxtlikdən, bu saxtakarlıqlarda mənə aid edilən xəstəliklərlə heç bir bağlılığım yoxdur.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Novaya vremya"nın əməkdaşının onun səhhəti haqda sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı sualına cavabında deyib.
"Mən yalnız güman edə bilərəm ki, vicdansız şəkildə bu dezinformasiyanı yayanlar məşhurlaşmağa və ya məşhur adamların hesabına pul qazanmağa çalışırlar. Guya Azərbaycandakı klinikalardan birində işləyən həkim deyib ki, mən infarkt keçirmişəm. İstəyirəm, bütün xeyirxahları və bədxahları sakitləşdirim, ya da məyus edim: Mən heç vaxt infarkt keçirməmişəm, təzyiqdən əziyyət çəkməmişəm, bir sözlə, haqqımda yazılanların hamısı yalandır", - deyə Polad Bülbüloğlu vurğulayıb.
O, bu tendensiyanın çox təhlükəli olduğunu bildirib:
"Çünki söhbət insanların sağlamlığından gedir. Bu yaxınlarda isə mənim səsimi saxtalaşdırdılar... Bir sözlə, fırıldaqçılar yatmır. II Şuşa Qlobal Media Forumunda da dezinformasiyalar müzakirə olundu və cənab Prezident İlham Əliyev də bu mövzuya diqqət ayırdı. Həqiqətən də, informasiya kütlələrə təsir etmək üçün çox böyük gücə malikdir. Və əgər o, dağıdıcı qüvvə daşıyırsa və ya dezinformasiyadırsa, ondan onun yayılmasının hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür edin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm