Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
14:15 26.09.2024
Siyasət
315
"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın xarici işlər naziri A. Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və rədd edirik. Nazir Mirzoyan həmin tədbirdə Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli bəyanat səsləndirib".
Sherg.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib:
"Böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir. Ermənistan XİN başçısının "dağlıq qarabağ" ifadəsini işlətməsi, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir. Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür. Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmayıb. Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi, Ermənistandakı Azərbaycan xalqının mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO missiyasının bu ölkəyə göndərilməsinə razılıq verməyi və dağıdılmış Azərbaycan abidələrinin bərpası, qorunması və mühafizəsi üçün zəruri tədbirlər görməyi tələb edirik"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm