ABŞ-ın bu raketləri tükənir: Vaşinqton narahatdır
10:43 29.10.2024
Dünya
373
ABŞ-ın bəzi növ hava hücumundan müdafiə raketlərinin ehtiyatı getdikcə azalır. Bu da Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı münaqişələrə, eləcə də Asiya-Sakit okean regionunda potensial alovlanmalara cavab vermək imkanlarını məhdudlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” amerikalı analitik və məmurlara istinadla məlumat yayıb.
“ABŞ həm Avropa, həm də Yaxın Şərqdə genişmiqyaslı tükəndirmə müharibəsi çağırışlarına cavab verməyə qadir olan müdafiə sənayesi bazasını inkişaf etdirə bilmədi. Hər iki münaqişə - tükəndirmə müharibəsi ABŞ-ın müdafiə planlaşdırmasına daxil edilmədi”, - Vaşinqtondakı Stimsonov müdafiə proqramının direktoru Elias Yusif nəşrə açıqlamasında deyib.
Nəşr bildirib ki, ABŞ son illərdə HHM raketlərinin istehsalını artırsa da, onların istifadəsi bir neçə dəfə artıb:
“İstehsal gücü azalır və bu Pentaqonun narahatlığını artırır. Eyni zamanda, sürətlə artan silah istehsalı problemlidir, çünki bu, şirkətlərdən yeni montaj xətləri açmağı, gücü genişləndirməyi və əlavə işçilər götürməyi tələb edir. Müdafiə şirkətləri çox vaxt Pentaqonun uzun müddət ərzində böyük miqdarda silah alacağına zəmanət vermədən buna sərmayə qoymaqdan çəkinirlər”.
Qeyd olunub ki, ən çox azalan müxtəlif tipli “Standart Missile” raketləridir. Bu raketlər İsrailin İranın hücumundan qorunması və Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumunun qarşısının alınmasında böyük rol oynayır.
Amerikalı rəsmilərin məlumatına görə, ABŞ HƏMAS-ın İsrailə 2023-cü il hücumundan bəri 100-dən çox “Standart Missile” raketi istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət