
Rusiya müharibədə tək olmadığını göstərməyə çalışır -Politoloq
09:53 31.10.2024
Dünya
451
Rusiya diktatoru Vladimir Putin Ukraynadakı müharibədə hətta KXDR-dən olan əsgərlərin köməyi ilə də qalib gələ bilməyəcək. Bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O bildirib ki, Birləşmiş Ştatlar və tərəfdaşları Rusiyanın Şimali Koreya hərbçilərini savaşa cəlb etməsinə qarşı cavab variantlarını müzakirə edirlər. Eyni zamanda qeyd edib ki, biz buna çox ciddi yanaşırıq. Kremli kursu dəyişməyə çağırırıq. Biz həm Avropa, həm də Hind-Sakit okean regionu üçün təhlükəsizlik nəticələrini tam başa düşürük. Putin Şimali Koreyanın böyük yardımı ilə də Ukraynada qalib gəlməyəcək.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a vurğulayıb ki, Rusiyanın Şimali Koreya hərbiçilərini Ukraynaya cəlb etməsində iki önəmli faktoru nəzərə alınmalıdır:

“Birincisi Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu mənada Rusiya KTMT-yə üzv olan dövlətlərə bəzi hallarda hərbi dəstək göstərib. Lakin özü kömək üçün sözügedən təşkilata müraciət etmədi. Əslində təşkilata müraciət etsə belə, üzv ölkələrin əksəriyyəti bundan imtina edəcəkdi. Rusiya da bunu bilərək KTMT-yə bildirdi ki, mən təşkilatda liderəm və köməynizə ehtiyacım yoxdur. Ancaq KTMT-yə üzv olmayan Şimali Koreyaya yardım üçün müraciət etdi. Bununla Qərbə göstərməyə çalışdı ki, siz Ukrayna müharibəsinə daxil ola bilmədiyniz halda mən savaşa başqa dövlətin daxil olmasına şərait yaradıram. Yəni Rusiya müharibədə tək olmadığını və müttəfiqlərinin olduğunu göstərməyə çalışdı. Digər tərəfdən Şimali Koreya hərbiçilərinin savaşa qatılmasının ciddi təsiri olmayacaq. Çünki həmin hərbiçilər xüsusi təyinatlı qruplar şəklində müharibəyə cəlb olunur. Onlar Rusiyanın muzdlu dəstələri olan “Vaqner” və “Axmat” xüsusi təyinatlı qruplarını əvəzləyəcək. Müharibədə isə daha çox aviasiya və silahlar mühim rol oynayır ki, Qərb də Ukraynaya kifayət qədər güclü silahlar verir. Əgər Amerikada prezident seçkilərində demokratlar qalib gələrsə, silahların verilməsi daha da intensivləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət