Qüdrət Həsənquliyev: Kişilər məişət zorakılığından daha çox əziyyət çəkir
10:33 07.11.2024
Sosial
532
Ölkəmizdə məişət zorakılığına qarşı ciddi mübarizə aparılır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
“Burda qeyd edildi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Mən deməzdim ki, qadınlar məişət zorakılığına çox məruz qalır. Yox! Mən müstəntiq işləmişəm. Bir çox hallarda bizim qadınlar ailədə dözülməz vəziyyət yaradırlar. Gənclər bir-birini tanımadan ailə qururlar. Nəzərə almırlar ki, aldıqları maaşla uşaq da dünyaya gələrsə, problemlərini necə həll edəcək? Maddi problemlər ailədə psixoloji gərginliyə yol açır. Sosial vəziyyət də məişət zorakılığını doğuran səbəblərdən biridir. Bu sahədə ciddi araşdırmalar aparmalıdır. Bir çox ölkələrdə cinayət tərkibi olmadıqda şikayətlərə baxıldıqda məsələ qoyulur ki, həmin adam 10 seans psixoloq qəbulunda olsun, ya da onunla bağlı iş qaldırılsın. Bu kimi məişət zorakılığının baş verməsində əsas faktor mədəni səviyyə məsələsidir, amma sosial vəziyyət də az rol oynamır. Qadınlar bu cür zorakılıqla üzləşdikdə hüquq mühafizə orqanlarına müraciət etməsə də, anasına, ailə üzvünə deyirlər. Amma kişilər bu barədə danışmırlar. Bəlkə də kişilərin az yaşamasının səbəbi budur. Kişilər məişət zorakılığından daha çox əziyyət çəkir. Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir, kişilər öləndə isə deyir ki, bu qadının işidir. Bu, zarafatla deyilmiş atalar sözüdür”, - deyə deputat bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı