
Silahlanma İrəvana başağrısı gətirəcək: Sülh prosesinin uzanması heç də Ermənistananın xeyrinə deyil
14:29 16.12.2024
Dünya
354
Bu, Azərbaycanın şərtlərinin, tələblərinin genişlənməsi, çoxalması anlamına gəlir
Məlum olduğu kimi Yunanıstan Ermənistana "S-300" zenit-raket kompleksləri göndərəcək. Bu komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri ilə yanaşı, quru qoşunları üçün nəzərdə tutulan "TOR-M1" və "OSA" zenit kompleksləri də göndərəcək. Bundan başqa, son vaxtlar Fransa, Hindistan və İran kimi ölkələrin Ermənistanı davamlı silahlandırması müşahidə olunur. Yəni hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getməsinə baxmayaraq, İrəvan bir çox istiqamətlər üzrə sürətlə silahlanır. İlkin mərhələdə Ermənistan Fransadan "SEZAR" özüyeriyən artilleriya qurğuları, daha sonra Hindistandan "Akaş" Hava Hücumundan Müdafiə (HHM) sistemlərini aldı. Hazırda isə Yunanıstanla "S-300" zenit-raket komplekslərini alınması ilə bağlı müqavilə imzalanıb. Bu, Ermənistanın sürətlə silahlanmasına bariz nümunədir. Ötən gün Prezidentin köməkçisi H.Hacıyev Ermənistanın silahlanmasından, bu ölkəyə hansı dövlətlərin silah-sursat verməsindən danışmışdı. Qeyd etmişdi ki, beynəlxalq praktikada təcavüzkar, işğalçı ölkənin sonradan aşırı silahlanmasına adətən imkan verilmir, hərbi quruculuqda müəyyən məhdudiyyətlər qoyulur.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az deyib ki, Ermənistanın silahlanması yolverilməz və qəbuledilməzdir. Ona görə ki, məğlub olan ölkə hətta orduya belə malik olmamalıdır. Ekspert bildirib ki, amma Ermənistanda hazırda nəinki orduya malikdir, hətta hərbi büdcəsini ilbəil artırmaqdadır:

"Ermənistan tarixində ilk dəfə olaraq bu qədər böyük həcmdə və kütləvi şəkildə hərbi büdcəyə daxilolmaları görürük. Ayrı-ayrı dövlətlər Ermənistanı silahlandırmaqla məşğuldurlar. Azərbaycan tərəfinin Ermənistanın silahlanması ilə bağlı bəyanatları, narazılığın ifadə olunması tamamilə məntiqlidir və baş verənlərə adekvat reaksiyadır. Hesab edirəm ki, Ermənistan təcili şəkildə bu məsələyə aydınlıq gətirməlidir. Ümumiyyətlə, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı 40 km.lik Qərbi Zəngəzur ərazisində, eyni zamanda Göyçə gölündən Azərbaycanın şərti sərhədlərinə qədər olan ərazidə heç bir ağır silahlar, hücum xarakterli raket sistemləri olmamalıdır. Bu ərazilərdə demilitarizasiya həyata keçirilməlidir".
Analitik vurğulayıb ki, əgər Ermənistan bu şəkildə silahlanmağa davam edərsə, Fransa, Hindistan və digər ölkələr ermənilərə silah verməyi sürdürərsə, o zaman gələn ilin əvvəlindən başlayaraq Azərbaycanın Ermənistanın demilitarizasiya məsələsi gündəmə gətiriləcək:
"Ona görə də Ermənistan yaxşı-yaxşı düşünməlidir. İrəvan anlamalıdır ki, sülh prosesinin uzanması heç də İrəvanın xeyrinə deyil və bu, Azərbaycanın şərtlərinin, tələblərinin genişlənməsi, çoxalması anlamına gəlir. Son 4 ildə Azərbaycanın davranışları və əldə etdikləri bunu dəfələrlə sübut edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm