ÜST metapnevmavirusu qlobal pandemiya riski kimi qiymətləndirmir
09:24 15.01.2025
Sağlamlıq
723
İnsan metapnevmavirusu (hMPV) adi respirator virusudur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Diqqətə çatdırılıb ki, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mövsümi qripə bənzər xəstəliklər haqqında həftəlik hesabatlar təqdim edir: “Son məlumatlar (9 yanvar 2025) göstərir ki, mövsümi artımların müşahidə edilməsinə baxmayaraq, bu il virusa yoluxma halların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha azdır. hMPV, əsasən, öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır. Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, gənc uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə, astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”.
ÜST virusun yayılmasının qarşısını almaq və riski azaltmaq üçün sadə, lakin təsirli profilaktik tədbirlərə riayət etməyi tövsiyə edib:
• Ev şəraitində qalmaq: Xəstəlik əlamətləri hiss edildikdə işə və ya ictimai yerlərə getməkdən çəkinmək;
• Maska taxmaq: İnsanlarla sıx təmasın olduğu və ya zəif havalandırılan məkanlarda maska taxmaq;
• Asqırma və öskürmə etiketi: Dirsək bükümü ilə ağız və burunu örtmək;
• Əlləri tez-tez yumaq: Sabun və su ilə əllərin yuyulması və ya spirt əsaslı antiseptiklərdən istifadə.
ÜST Azərbaycan Ofisindən o da bildirilib ki, virusun hazırda müxtəlif yaxın ölkələrdə müşahidə olunması, əsasən, mövsümi bir artımdır və hazırda qlobal pandemiya riski kimi qiymətləndirilməməlidir: “Yerli səhiyyə orqanları və ictimaiyyət bu virusun qarşısını almaq üçün sadə profilaktik tədbirləri nəzərə almalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip və digər tənəffüs viruslarının qlobal izlənməsi üçün müxtəlif sistemlərdən istifadə edir. Bu sistem vasitəsilə laboratoriyalar və səhiyyə təşkilatlarından məlumat toplayaraq virusların yayılmasını izləyir. Həmçinin, ÜST-nin qrip üzrə xüsusi proqramı xəstəliklərin tendensiyalarını izləmək, yaranmaqda olan ştammları müəyyənləşdirmək və vaksinasiya ilə bağlı istiqamətlər vermək üçün üzv dövlətlər, regional ofislər və tərəfdaş təşkilatlarla əməkdaşlıq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm