
Saxta içkini təmiz içkidən necə ayırmaq olar? -AÇIQLAMA
12:44 15.01.2025
Cəmiyyət
653
İstanbulda son sutka ərzində 11 nəfər saxta spirtli içkidən dünyasını dəyişib
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Məlumata görə, aralarında 26-sı xarici ölkə vətəndaşı olmaqla, 38 nəfər saxta spirtli içki qəbulu ilə bağlı ağırlaşma hallarına görə şəhərin müxtəlif xəstəxanalarına müraciət edib.
Son 24 saat ərzində xəstəxanalarda müalicə olunan 38 nəfərdən 11-i dünyasını dəyişib.
İçki zəhərlənmələri necə baş verir? Saxta içki ilə təmiz içkini necə seçmək olar?
Suallarımızı cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, vaxtı keçmiş içkilərdən vətəndaşlar zəhərlənirlər:

“Saxta içkini təmiz içkidən ayırmaq üçün bir neçə əsas məqama diqqət yetirmək lazımdır. Bu, sağlamlığınızı qorumaq və keyfiyyətli məhsul almaq üçün çox önəmlidir. Hər bir spirtli içkinin aksiz markası olmalı və bu marka düzgün yapışdırılmalıdır. Saxta içkilərin etiketlərində tez-tez keyfiyyətsiz kağızdan və solğun çapdan istifadə edilir. Yəni yazılarda səhv və ya bulanıqlıq varsa, məhsulun saxta olma ehtimalı yüksəkdir. Həmçinin üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma müddəti kimi məlumatlar göstərilməlidir. Saxta məhsullarda bu məlumatlar ya yoxdur, ya da tam şəkildə qeyd edilmir. Digər tərfədən saxta içkilərdə qablaşdırma daha kobud ola bilər. Əgər məhsul bazar qiymətindən ucuz satılırsa,deməli o məhsul saxtadır. Çünki keyfiyyətli spirtli içkilər həmişə müəyyən bir qiymət intervalında olur. Satışda saxlanılma müddəti şərablarda 6 ay-1 il, konyaklarda isə 3 ildən çox olmamalıdır. Saxta içki istehlakı ciddi sağlamlıq problemlərinə, hətta ölümə belə səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm