
Üç və daha artıq uşağı olan ailələr çoxuşaqlılıq meyarına tabe edilməlidir -Sosioloq
10:36 12.03.2025
Sosial
475
Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
“Konstitusiyada da var ki, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir. Bu gün ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox uşaq olması nəzərdə tutulur. Biz gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik.
Bununla yanaşı, doğulan uşaqların cins nisbətində ciddi problemlər var. Bu bizi düşündürür, bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Abortların sayının artması da ciddi məsələdir, bunun da özünəməxsus xüsusiyyətləri var. Bu, demoqrafik inkişafa çox ciddi təsir göstərir”, - Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, Azərbaycanda çoxuşaqlılıq statusu beş uşaqlı ailələrə şamil edilmir:

“Yumşaq görünsün deyə qanunda belə yazılıb. Amma doğrusu odur ki, altı və daha çox uşağı olan ailələr çoxuşaqlı sayılır. Yəni beş uşaqlı ailələr çoxuşaqlı sayılmır və o imtiyazlardan yararlanmır. Mən çoxdan təklif edirəm ki, üç uşağı olan ailələr imtiyazlara sahib olmalıdır, çünki çoxuşaqlı sayılır. 10 il bundan öncə üç uşaqlı normal idi. Lakin hazırkı vəziyyətimizdə üç uşaqlı ailə çoxuşaqlı sayılır. Çünki insanlar bir və ya iki uşaqla kifayətlənirlər. Çox az ailənin üç və yaxud da artıq uşağı var. Ona görə də demoqrafik artıma öz töhvəsini verən üç və daha artıq uşağı olan ailələr çoxuşaqlılıq, meyarına tabe edilməli və imtiyazlardan yararlanmalıdır. Bu, ailələrə bir növ təşviq olacaq ki, çoxuşaqlılığa meyillilik artsın. İnsanlar dolanma sıxıntıları, maddi problemlər yaşadığı üçün üç uşaq dünyaya gətirmək istəmirlər. Bu da təbii ki, öz təsirini üç, beş ildən sonra demoqrafik artım da göstərir və göstərəcək də. Bir uşaqlı ailə cırtdan ailə, iki uşaqlı ailə isə kiçik ailə modelidir. Yəni ata, ana və bir uşaqdan ibarət olan ailələr demoqrafik artımda rol oynamırlar və onların artıma qatqısı olmur. Təbii ki, maddi qayğılar səbəbindən ailə, daha artıq uşaq istəmədiyinə görə demoqrafik artımda da problemlər yaranacaq. Ailələrin daha çox uşaq dünyaya gətirməsi və böyütməsi üçün dövlət də əlini daşın altına qoymalıdır. Uşaq pulu məsələsini gündəmə gətirməli, çoxuşaqlılıq meyarının sayını azaltmalı, imtiyazlar qoyulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya