
Hər il 50-yə yaxın motosiklet qəzası baş verir - EKSPERT İZAH EDİR
Yusif Nəzərli
07:19 18.03.2025
Hadisə
453
Ömründə velosiped sürməyən şəxs, baxırsan ki, hansısa şirkətə işə düzəlir, motosiklet sürməyə başlayır
“Yol polisi əməkdaşları motosiklet sürücülərinə xüsusilə diqqət etməli, sürücülük vəsiqələrini yoxlamalı, nəqliyyat vasitəsini idarə etməyə icazəsi olub-olmadığını müəyyən etməlidirlər”
Hər nə qədər yol infrastukturu inkişaf etdirilsə də, yol nişanları quraşdırılsa da, motorsikletlərin iştirakı ilə qəzalar azalmır. Əksinə, artır. Motosikletlərin (mopedlərin də həmçinin) iştirakı ilə baş verən yol-nəqliyyat qəzalarının görüntülərini izlədikdə onların necə sürətlə, yol nişanlarına, işıqfora da məhəl qoyulmadan idarə edildiyi aydın görünür.
Hətta piyada zolağının üzəri ilə qarşı tərəfə keçənlər də olur. Bir müddət əvvəl DİN-in motosikletlə həm piyada keçidindən, həm də işıqforun qırmızı işığında keçən sürücünün qəzaya səbəb olduğu barədə yaydığı məlumatda qeyd edilirdi ki, müşahidə kamerasının qeydə aldığı bu qəza 8 Noyabr prospektində baş verib:
“Araşdırmalar hələ də bəzi moped və motosiklet sürücülərinin qaydalara əməl etmədiyini, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaratdıqlarını göstərir. Hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq”, deyə məlumatda qeyd edilirdi. Bu günlərdə motosiklet sürücüsünün iştirakı ilə daha bir qəza törədilib. 1997-ci il təvəllüdlü Rəşad Abbasov idarə etdiyi motosikletlə başqa bir avtomobilə çırpılıb. Hadisə nəticəsində R.Abbasov və motosikletdəki 30 yaşlı qadın ağır xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Motosikletlərin iştirakı ilə törədilən yol-nəqliyyat qəzalarının artım səbəbindən danışan sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, hər il orta hesabla Azərbaycanda 50-yə yaxın motosiklet qəzası baş verir. Ölənlərin sayı 10-20 nəfər aralığında dəyişir, yaralananların sayı isə bundan 3-4 dəfə çox olur:
- Motosiklet, moped, skuterlər… müasir dövrün trendinə çevrilib. Bunun başlıca səbəbi dünyanın digər böyük meqapolislərində olduğu kimi paytaxt Bakıda da tıxacların olması, yollarda, avtomobillərin hərəkət zolağında hədsiz sıxlığın yaşanmasıdır. Nə qədər vasitələr tapılsa da, yeniliklər edilsə də, şəhər bu yeniliklərlə birgə böyüyür, inkişaf edir, fərdi avtomobillərlə yanaşı, ictimai nəqliyyat növləri də çoxalır, mikro-mobillik artır. Görürük ki, avtomobil yolları artıq bir neçə nəqliyyat vasitəsi üçün zolaqlara ayrılıb. Avtobus zolağı, skuter, velosipedlər üçün ayrıca zolaqlar çəkilib. Bunlar bir tərəfdən əlbəttə müsbətdir, olmalıdır. Amma digər tərəfdən də onsuz da dar olan yolları bir qədər də daraldır. Belə şəraitdə motosiklet və mopedlər ən sərfəli hərəkət vasitəsi sayılır. Motosiklet və mopedlərin yollarda getdikcə daha çox görünməsinin bir səbəbi də ünvandan-ünvana daşınma xidmətidir. Bu da dövrümüzün daha bir trendidir və bunun özü də hardasa, vaxt itkisinin qarşısını almaq istəyindən yaranıb. Yemək, ərzaq, məişət malları, hətta son vaxtlar onlayn aptek xidməti də aktivləşdirilib. “Zəng et, sifariş ver, çatdıraq” xidmətini icra edənlər mopedlərdən, motosikletlərdən istifadə edir, çünki tıxacda qalmaq ehtimalı minimumdur, çevikdirlər, sürətlidirlər, avtomobillərin arası ilə manevr edib ünvana çatdırmanı qısa zamanda həyata keçirirlər. Bir sifarişi tez yerinə yetirib, digərinə keçmək üçün sürət həddini aşırlar. Hansı xidmət sahəsinin əməkdaşı olursa-olsun, yol hərəkəti qaydalarını pozmaq hüququ heç kimə verilmir. Öz həyatlarını da təhlükəyə atırlar, piyadaların, digər hərəkət iştirakçılarının da.
Ekspert qeyd etdi ki, yol polisi əməkdaşları motosiklet sürücülərinə xüsusilə diqqət etməli, sürücülük vəsiqələrini yoxlamalı, nəqliyyat vasitəsini idarə etməyə icazəsi olub-olmadığını müəyyən etməlidirlər:
- Ömründə velosiped sürməyən şəxs, baxırsan ki, hansısa şirkətə işə düzəlir, motosiklet sürməyə başlayır. Elə zənn edirlər ki, motosiklet idarə etmək asandır. Amma səhv edirlər. Motosiklet idarə edən şəxsin tarazlığı saxlamaq bacarığı olmalıdır. Yol hərəkəti qaydalarını da dəqiq bilməlidir. Bütün yol hərəkət iştirakçıları, o cümlədən motosiklet, moped, velosiped, hətta skuter sürücüləri, həmçinin piyadalar da qaydalara əməl etməli, qaydaları pozduqları halda məsuliyyət daşıyacaqlarını bilməlidirlər. Motosiklet və mopedlərin bütün hallarda, mühərrikin gücündən, ölçüsündən asılı olmayaraq dövlət nömrə nişanı olmalıdır. Bəzən dövlət nömrə nişanı olmur deyə, necə gəldi hərəkət edirlər, yolda təhlükəli vəziyyət yaradırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm