
Cahangir Zeynalov Azərbaycana qaytarılmalıdır - TƏKLİF
15:08 11.04.2025
Mədəniyyət
913
Deputat Səyyad Aran təklif səsləndirib
“Hökumətin hesabatında sənədsiz evlər barədə problemi qaldırmışdıq. Baş nazir Əli Əsədova təşəkkür edirəm ki, bizə bununla bağlı görüləcək işlərlə bağlı sənəd göndərdi”.
Bu barədə Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu günlərdə tikinti şirkəti tərəfindən mülkiyyətçinin evinin qanunsuz sökülməsi baş verib:
“Bu qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir. Bu gün sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir. Bu zaman vaxt uzanır, sahibkar tikintiyə başlaya bilmir. Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək”.

Deputat Səyyad Aran isə tanınmış kinorejissor və senarist Cahangir Zeynalovun Azərbaycana qayıtmasını təklif edib:
“Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm. Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir. Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm