Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır
14:44 18.04.2025
Cəmiyyət
518
“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.
Sherg.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”.
B.Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq: “Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.
Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir:
"28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm