
Brüsseldən güc siqnalı: Aİ hərbi transformasiyaya start verdi
09:39 19.05.2025
Dünya
533
Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyi 150 milyard avroluq Aİ-nin hərbiləşdirmə fondu ilə bağlı razılığa gəlib. Bu gün Komissiya və Ali Nümayəndə Avropa Müdafiəsi – Hazırlıq 2030 üçün "Ağ Vərəq" təqdim edib. Komissiya, həmçinin, Avropanın Yenidən Silahlanma Planı/Hazırlıq 2030-un bir hissəsi olaraq, müdafiə imkanlarına investisiya artımını təmin etmək üçün Aİ Üzv Dövlətlərinə maliyyə vasitələrini təmin edən müdafiə paketini təqdim edib. Bir çox müddəalar məhz Ukraynaya dəstəyi ehtiva edir. Məsələn, "artan hərbi yardım və Avropa və Ukrayna müdafiə sənayesinin daha dərin inteqrasiyası vasitəsilə Ukraynaya dəstək" sənəddə əksini tapıb. 2ci bəndə əsasən, mövcud müstəsna hallar fonunda Komissiya Aİ Üzv Dövlətlərinə Avropanın müdafiə qabiliyyətinə sərmayələri sürətlə və əhəmiyyətli dərəcədə artırmağa kömək etmək üçün özünün yaxşı qurulmuş vahid maliyyələşdirmə yanaşmasına əsaslanaraq, kapital bazarlarında 150 milyard avroya qədər vəsait cəlb edəcək. Bu vəsaitlər milli planlar əsasında tələb əsasında maraqlı Üzv Dövlətlərə veriləcək.
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a bildirib ki, Avropa İttifaqının silahlanma üçün militarizasiya fondu yaratması, onun büdcə həcmi üçün 150 milyard avro təyin etməsi Transatlantik mənzərədəki ziddiyyətlərdən qaynaqlanır:

“Bu məbləğ razılaşdırılıb, onun təsdiq edilməsi isə ayrı bir prosesdir. Hadisənin geosiyasi konteksti isə belədir. Birincisi Avropa İttifaqında ABŞ-yə münasibətdə nisbi əks cəbhədə dayanan Fransa, Almaniya, Polşanın maraqlarını Böyük Britaniya idarə edir. Bu isə ABŞ-nin Ukrayna münaqişəsi arasında təhlükəsizlik nizamını müəyyən etmək planları ilə uzlaşmır. Nəticə olaraq Avropa İttifaqı sürətli və genişmiqyaslı transformasiya fonunda ABŞ Prezidenti Donald Trampla mövqe uyğunluğu qurmaqda çətinlik çəkir. Ukraynadakı müharibəyə yanaşmada özünü göstərən ixtilaflar Avropanın təhlükəsizlik düşüncəsini yenidən formalaşdırır. Çünki Avropa İttifaqı Tramp administrasiyası zamanında ABŞ-nin həlledici təhlükəsizlik yardımlarının azalacağı riskini təhlil edir. Buna görə də, Avropa İttifaqı boş dayanmır, üzv dövlətlər səviyyəsində müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün qəti addımlar atmağı hədəfləyir”.
Ekspert qeyd edib ki, ABŞ Avropanı Rusiyanın strateji maraqlarına bütövlükdə qurban verməyi prioritetləşdirmir:
“Vaşinqton üçün əsas məsələ Avropanı Transatlantik norma və prinsiplərdən kənara çıxan yeni meyarlara tabe etdirməkdir. Görünür ki, bu, Avropa İttifaqında da ciddi təhlükəsizlik narahatlıqları yaradır. Ancaq məsələnin maliyyə yükünə Avropanın məsuliyyət daşıması bir tərəfdən ABŞ üçün də sərfəlidir. Çünki Donald Trampın iqtisadi-ticari şüuru Avropa üçün ABŞ-nin izafi xərclərə getməməyə hesablanmışdı. Beləliklə, ABŞ ortaya çıxan təşəbbüsü izafi xərclərin azaldılması və Rusiyanın ambisiyalarının cilovlanması baxımından alqışlayır. Digər tərəfdən ABŞ Avropa ilə Rusiyanı üz-üzə qoyaraq onların eskalasiya risklərini kənardan izləyir və idarə edir. Ancaq ABŞ Avropa İttifaqının bundan sonra hansı oyun qaydası quracağına şübhə ilə yanaşa bilər. Buna görə də, ABŞ qısa və uzunmüddətli çağırışları təsvir edən variantlar təklif edəcək. Ehtimalla ABŞ bunu Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətindəki prioritetlərlə uyğunlaşdıracaq”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm