Avtoqəzaların real SƏBƏBLƏRİ: yol nişanları, motosikletlər və avtobus sürücüləri...
08:24 26.10.2020
Hadisə
882
Son illər ölkəmizdə baş verən yol –nəqliyyat hadisələri ilə bağlı vəziyyət ürəkaçan deyil. Belə ki, cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 131 nəfər ölüb, 263 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, ümumilikdə isə Bakı şəhəri üzrə avtomobil qəzalarının sayı 20 faizə qədər azalıb. Əlbəttə, qəza hallarının sayının azalması yaxşı haldır. Amma bəzi ekspertlər iddia edirlər ki, indiki rəqəmlər də qənaətbəxş deyil. Onlar hesab edirlər ki, yol-nəqliyyat hadisələrinin maksimum dərəcədə azaldılması üçün daha ciddi ölçülər götürülməlidir.
Məsələn elə bu barədə “Sherg.az”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, ilk növbədə yol nişanlarının düzgün yerləşdirilməsi ilə bağlı ciddi tələblər qoyulmalıdır:
“Bununla bağlı, həm Bakı Nəqliyyat Agentliyi, həm də digər kütləvi mətbuat orqanlarında məsələnin müzakirəsində göstərmişəm ki, Bakı şəhərində yol-nəqliyyat nişanlarının qoyulmasında çox ciddi problemlər var.
Elə yol nişanları var ki, onlar qəza şəraitinin birbaşa yaranmasına səbəb olur. İkinci səbəb ondan ibarətdir ki, son vaxtlar Bakı şəhərində pandemiya dönəmində motosikletlərlə xidmət sektorlarında daha çox istifadə olunur. Həmin motosiklet təcrübəsi və sürücülük hüququna malik olmayan gənclər işə cəlb olunur.
Bu gənclər də həmin o xidmət zamanı motosikletlə yol hərəkəti qaydalarına əməl edilməməsi baxımdan şəhərdaxilində yaratdıqları manevrlər kifayət qədər yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur və ölüm halları baş verir.
Bununla bağlı statistika var. Eyni zamanda gənclərimizin nəqliyyat vasitələrindən düzgün istifadə etməməsi, vətəndaşların bəzən tam məsuliyyətsizlik ucbatından və hələ də alkaqollu içkilərdən istifadə edərək sükan arxasında oturması problemləri yaşanmaqdadır. Bu da paytaxt daxilində yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur”.
Ekspert onu da əlavə edib ki, ictimai nəqliyyatın idarə olunmasında çox ciddi problemlər var:
“Avtobus sürücüləri tərəfindən çox kobud şəkildə şəhər daxilində manevrləredilir. Bəzən işıqforun qırmızı işığına məhəl qoyulmur, bəzən isə ötmə əməliyyatı aparılır. Eyni zamanda onlar avtobuslarda gücləndirilmiş siqnal sistemlərindən istifadə edərək müəyyən mənada yoldakı qəzaların artmasına səbəb olur.
Təkliflərim ondan ibarətdir ki, ölkədə motosikletlərlə bağlı problemin həllinə DYP tərəfindən diqqət ayrılsın, vaxtaşırı reydlər zamanı onların aid olduğu kateqoriya üzrə vəsiqələrinə, spirtli içkidən istifadəsinə nəzarət edilsin.
Bu məsələlər diqqətdə saxlanılmalıdır. Vətəndaşlarımız Azərbaycanda reydlərin keçirildiyi yerlərdən məmnun deyillər. Amma biz özümüz də başa düşməliyik ki, bu qaydalara o qədər də əməl edilmir. Məcburiyyət qarşısında bunlarla bağlı mütəmadi reydlər keçirilməlidir.
Bundan başqa, avtoxuliqanların azalmasına baxmayaraq, onlar da reydlər zamanı diqqətdə saxlanılmalıdır. İnzibati qaydaları, inzibati nəzarəti gücləndirməklə yol-nəqliyyat hadisələrinin müəyyən qədər qarşısını ala bilərik”.
Sücayət Mehtili
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm