Bacısını öldürən məmur oğluna bir il iş verildi
11:32 25.08.2021
Hadisə
503
Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu Məmmədəli Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Babayev bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranan münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra Babayev Məhəmmədəli Rahil oğlu barəsində verilən ittiham Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Baş Prokurorluğun mətbuat xidməti sorğuya cavab olaraq bildirilib ki, keçirilmiş kompleks ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Babayev Məhəmmədəli Rahil oğlu cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olub:
“Keçirilmiş təkrar kompleks ambulator məhkəmə psixatrik-məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Məhəmmədəli Babayevin cinayət hadisəsini törətdiyi zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olması təsdiq olunub.
Bu il aprelin 28-də Babayev Məhəmmədəli Rahil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə yenidən ittiham elan edilib. Mayın 12-də cinayət işi istintaqı başa çatdırılaraq baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib”.
Onu da qeyd edək ki, hadisə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində baş verib. Hadisəni törədən R.Babayevin oğlu, ölən şəxs isə qızıdır.
R.Babayev hadisədən bir müddət sonra tutduğu vəzifədən azad edilib. Onun barəsində də dələduzluq və vəzifə səlahiyyətləri aşma maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media