Düşmənin Gəncə və Bərdəki vəhşiliyi dünyaya çatdırılır: “Xarici dillərdə sənədlər hazırlanıb!”
11:05 05.11.2020
Hadisə
1481
“Noyabrın 15-i hesabat hazır olduqdan sonra dünyanın bütün parlamentlərinə göndərəcəyik”
“Hüquq müdafiəçilərinin təmasda olduğu, əlaqə saxladığı dünyadakı hüquq müdafiə təşkilatlarının elektron bazalarına bu foto, video, digər materialları və bizim bəyanatı daxil etməklə onları məlumatlandıracağıq”
İllərdir Ermənistanın təxribatı ilə üz-üzəyik. Sentyabrın 27-dən başlayan və bu gün də davam edən düşmən təxribatları nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış məskənlərimiz ağır artilleriya atəşinə məruz qalıb. Xüsusən də, düşmənin Gəncə və Bərdəyə atdığı raketlər nəticəsində günahsız insanlar həyatlarını itirib. Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımı, vandalizmi dünya ölkələrinə sübut etməliyik. Təbii ki, bu işdə hər kəs “əlini daşın altına qoymalıdır”. Xüsusən də Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin üzərinə böyük öhdəliklər, vəzifələr düşür.
Maraqlıdır, ölkəmizdə fəaliyyət göstərən hüquq müdafiəçiləri, vəkillər bu gün baş verən hadisləri dünya ictimaiyyətinə çatdıra bilirlərmi?
Sualımızı cavablandıran sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında bildirib ki, bu məsələlərlə bağlı həm ingilis, həm də Azərbaycan dili variantında 25 səhifəlik hesabat hazırlayıblar:
"Sentyabr ayının 27-dən dinc əhalinin atəşə tutulması ilə bağlı ilkin hesabatımızı dünən mətbuata açıqladıq. Xeyli mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə təxminən 25 səhifəlik hesabatda bir çox məslələrə yer vermişik.
Qadağan olunmuş silahların fotoşəkilləri, raketlərin hansı əraziyə atılması, dağılmış obyektlərin, maşınların, evlərin görüntüləri təqdim olunub.
Bu günə qədər 400-ə yaxın insan yaralanıb, onlardan artıq 200 nəfərin ad, soy ad, dəqiq ünvanı, doğum tarixini qeyd etmişik. Bu, ilkin hesabatımızdır. Noyabr ayının 15-də isə aralıq hesabat tətbiq edib yarımçıq qalan işləri də yekunlaşdıracağıq.
Eyni zamanda baş verən hadislərə dünya ictimaiyyəti tərəfindən verilən reaksiyalar, təkliflər də daxil olunub. Biz bu hesabatı həm ingilis, həm də Azərbaycan dilində hazırlamışıq.
Bu səndələr Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərə paylanılıb. Hazırda həmin məsələlər üzərində işlər davam edir. Noyabrın 15-i hesabat hazır olduqdan sonra dünyanın bütün parlamentlərinə göndərəcəyik.
Hüquq müdafiəçilərinin təmasda olduğu, əlaqə saxladığı dünyadakı hüquq müdafiə təşkilatlarının elektron bazalarına bu foto, video, digər materialları və bizim bəyanatı daxil etməklə onları məlumatlandıracağıq. Elə hesab edirəm ki, bütün bunlar v son 1 aylıq gərgin işin nəticəsidir.
Yarımçıq qalan işlər də 10 gün müddətində tamamlanacaq. Və bu istiqamətdə də işimizi davam etdirəcəyik".
Pərvin Piriyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm