Giləzi qəsəbəsi yaxınlığında "Qrad" mərmisi tapılıb - FOTO
07:29 18.04.2021
Hadisə
541
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub.
SHerg.az nazirliyin saytına istinadən bildirir ki, daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu 17 aprel 2021-ci il tarixində əraziyə cəlb olunub.
Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad" BM-21 mərmisidir.
Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.
Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.
Qeyd edək ki, aşkar olunan mərminin 27 avqust 2017-ci il tarixində Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya