İtlər 800 dəfə dişlədi, qanının 30 faizini itirdi
Yusif Nəzərli
22:20 17.03.2022
Hadisə
867
Gənc qızın yaşadığı dəhşət qan dondurur
Dəhşətli hadisə ABŞ-ın Texas ştatında baş verib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, it baxıcılığı edən 22 yaşlı Jaklin Durand ad gününü qeyd etməyə hazırlaşdığı günlərdə həyatının bəlkə də ən böyük faciəsini yaşayıb. J.Durand baxıcılıq etdiyi itlərin qaldığı mənzilə gedib. Mənzilin qapısını açar-açmaz alman cinsi it Shepard və Boxer-Pitbullun onun üzərinə atlanıb, gənc qızı parçalamağa başlayıblar.
Qəfil hücumdan az qalsın ağlını itirən qız təcili xilasedici xidmətinə zəng edə bilib. Xilasedicilər 37 dəqiqə sonra hadisə yerinə çatıb. Bu müddət ərzində gənc qız itlərin əsiri olub və itlər onu tam 800 dəfə dişləyiblər. Qızın üzündə, bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşüb.
Xilasedicilər mənzilə daxil olduqda əvvəlcə nə baş verdiyini anlamayıb, çünki qızın yalnız ayaqları görünürmüş, itlər də xilasedicilərin qıza yaxınlaşmasını əngəlləyirmiş. Lakin xilasedicilər güllələrin yaralıya dəyməsindən ehtiyatlanaraq itlərə atəş açmaqdan çəkiniblər. Nəhayət, itləri uzaqlaşdırdıqdan sonra Jaklini xəstəxanaya aparıblar. Gənc qız qanının 30 faizini itiribmiş.
Başına gələn dəhşət barədə SBC-yə danışan Jaklin “öləcəyimi zənn etdim. Çox çarəsiz idim. Artıq həyatımın sonu olduğunu düşündüm”, söyləyib. Jaklin 1 həftə komada qalıb. Üz dərisində, başında ağır yaralar uzun müddət sonra sağalıb. Jaklinin üzü hələ də tanınmaz haldadır.
Həkimlər dəri köçürməsini məsləhət görür. İtlərin sahibi isə SBC-yə “biz bilərəkdən kimisə təhlükəyə atmadıq.
Bu itlər indiyədək kimsəyə hücum etməmişdi”, desələr də Durand ailəsinin vəkili fərqli fikirdədir. Vəkil itlərin olduğu mənzilin qapısında “çılğın itlər. Lütfən, qapını döyməyin, zəngi basmayın.
Telefonla zəng edin və ya mesaj yazın” qeyd edilmiş lövhə vurulduğuna işarə edərək “bu lövhə köpək sahiblərinin itlərinə bələd olduğunu sübut edir. Sahibi itlərin qapıya gələnin üzərinə hücum çəkəcəklərini bilirmiş. Bunu bilə-bilə it baxıcısı kirayələmək cinayətdir”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol