Ronaldonun sevgilisi körpəsinin ölümündən danışıb
Yusif Nəzərli
07:55 17.03.2023
Hadisə
685
Kriştiano Ronaldonun xanımı Georgina Rodrigues övladlarından birinin ölümü barədə danışıb. “Həyatımın həm ən bəxtəvər, həm də ən acı anını eyni vaxtda yaşadım” deyən Rodriges həyatı barədə çəkilmiş "I Am Georgina" adlı sənədli filmdə keçirdiyi hissləri dilə gətirib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Rodriges əkiz övladlarından birinin doğuş zamanı həyatını itirməsindən ilk dəfə danışıb. “Dünya ulduzu”nun xanımı övlad acısına necə dözə bildiyini anladıb.
Ronaldo ilə Georginanın qız övladları Bella Esmeralda 2022-ci ilin aprelində anadan olub. Lakin qız övladlarıyla əkiz olan digər övladları doğum zamanı tələf olub. Rodriges sənədli filmin ilk bölümündə Ronaldo ilə necə tanış olduqlarını, birgə sürdükləri həyatı anladıb, ikinci bölümdə isə ana olmağından, həmçinin övlad itkisindən danışıb. Georgina övlad itkisindən danışarkən göz yaşlarını saxlaya bilməyib: “40 milyon izləyicim var, ancaq kimsə həqiqətdə nə hiss etdiyimi bilmir. Bu il həyatımın ən xoşbəxt və ən acı anlarından birini yaşadım. Əkiz övladımız olacağını gözləyirdik, amma qucağıma yalnız birini ala bildim. Bunun şokunu çox çətin atlada bildim. Həyat davam edir, yaşamaq və güclü olmaq üçün səbəblərim var”. Rodriges Kriştianonun ona böyük dəstək verdiyini deyib: “Cris mənə, “Gio, həyatına davam et, bu, səni ruhlandıracaq, mən daim yanlndayam” deyir. Hazırda təsəllim və yaşam məqsədim ailəm və övladlarımdır. Çox xoşbəxtəm və onlara minnətdaram”. Qeyd edək ki, Kriştiano Ronaldo əkiz övlad gözlədiklərini sosial media hesabından paylaşmışdı: “Əkiz övlad gözlədiyimizi xəbər verməkdən çox xoşbəxtəm. Qəlbimiz sevgiylə doludur, onlarla tanış olacağım günü səbirsizliklə gözləyirəm”.
Əkiz övladlarından birinin vəfatından sonra Liverpul-Mancester Yunayted oyununda meydançaya çıxan Ronaldo rəqib qapısına 7-ci dəqiqədə vurduğu topu itirdiyi övladına, “Arsenal”la oyunda vurduğu topu isə oğluna həsr edib. Ümumilikdə Ronaldonun ailəsində 5 övlad böyüyür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət