İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın 3 mərtəbəsində çökmə baş verib. Hadisə yerinə çox sayda axtarış-xilasetmə qrupu cəlb olunub. İşlər davam etdirilir.
Sherg.az xəbər verir ki, İstanbul Valiliyindən verilən açıqlamada 2 nəfərin həyatını itirdiyi bildirilib.
Həyatını itirən şəxslərin kimliyi müəyyənləşib. Onların Gülcə Turhan və Əhməd Məhəmməd İnan olduğu bildirilib.
Maltepədə çökən binada aparılan axtarış-xilasetmə işləri zamanı daha bir şəxsin həyatını itirdiyi müəyyənləşib. Bununla da binada ölənlərin sayı 2-yə yüksəlib.
AXTARIŞ-XİLASETMƏ İŞLƏRİ DAYANDIRILIB

Binada axtarış-xilasetmə işləri aparılarkən tikilidə sürüşmə təhlükəsi yarandığı üçün işlər dayandırılıb və qruplar ərazidən uzaqlaşdırılıb.
İstanbul Valiliyinin açıqlamasında bildirilib:
“Maltepədə çökən binada aparılan axtarış-xilasetmə işləri zamanı bir vətəndaşımız həyatını itirib. Həyatını itirən şəxsin cəsədi dağıntılar altından çıxarılıb. Daha 3 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.”
İstanbul Valiliyinin son açıqlamasına görə, Maltepədə çökən binada aparılan axtarış-xilasetmə işləri nəticəsində indiyədək 10 nəfər sağ çıxarılıb.
“Çökən hissədə olan 4 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir”, – açıqlamada qeyd olunub.
İstanbul Valiliyindən verilən açıqlamada bildirilib ki, axtarış-xilasetmə işləri zamanı indiyədək 3-ü uşaq olmaqla 8 nəfər sağ çıxarılıb.

Əhalinin Qeydiyyatı Sistemi məlumatlarına görə, bina 1987-ci ildə tikilib və zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olub. Binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi, yuxarı mərtəbələrdəki 12 mənzil isə yaşayış üçün istifadə edilib.
Valiliyin məlumatına görə, binada ümumilikdə 33 nəfər yaşayıb. Çökmədən zərər görməyən mənzillərdə yaşayan sakinlər hadisədən sonra təxliyə edilib.
Çökən hissədə yerləşən 4 mənzildə yaşayan 14 nəfərdən 8-i sağ xilas edilib. Digər 6 nəfərin axtarış-xilasetmə işləri Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə davam etdirilir.
Dağıntılar altından çıxarılan şəxslərin adları belə açıqlanıb:
Harun Bora Turhan (14)
Hilal Meygil (19)
Furkan Turhan (43)
Zemzeme Bilece (32)
Yunus Əmrə Bilece (11)
Emirhan Bilece (10)
Betül Bilece (8)
“ƏN YUXARI İKİ MƏRTƏBƏ QANUNSUZ TİKİLİB”
Binada baş verən çökmənin səbəbinin aparılan araşdırmaların nəticəsində müəyyənləşdirilməsi gözlənilir.
Maltepe Bələdiyyəsinin sədri Esin Köymen canlı yayımda binanın vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Köymen bildirib ki, binanın ən yuxarı iki mərtəbəsinin qanunsuz tikildiyi müəyyən edilib.
“Məsələ məhz binanın istismar icazəsində neçə mərtəbəli göstərilməsidir. 80-ci illərdə tikilmiş binadır. Layihəsini arxivdən çıxardığımız zaman binanın üzərinə qanunsuz olaraq iki mərtəbə əlavə edildiyini gördük. İstismar icazəsində bina 5 mərtəbəli göstərilir, iki mərtəbə isə qanunsuz tikilib. Bələdiyyənin arxivindəki protokolları yoxladıq və binanın belə bir vəziyyətinin olduğunu müəyyən etdik”, – Köymen deyib.