Türkiyənin Muğla vilayətinin Milas rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 18:39-da baş verən zəlzələnin ocağı 7,28 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Muğla ilə yanaşı, Aydın, İzmir, Manisa və Dənizli vilayətlərində də hiss olunub.
AFAD ilkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı mənfi halın qeydə alınmadığını, ərazidə araşdırmaların davam etdiyini bildirib.