Polşa səmalarında qara buludlar!- Bu ölkə 7-ci dəfə bölünə bilər? - ŞƏRH
Yusif Nəzərli
09:26 22.02.2023
Siyasət
535
ABŞ Prezidenti Co Bayden Ukraynadan sonra Polşaya səfər edib.
Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.
O çıxışında bir neçə məqama toxunub:
"Bu - İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsidir. Rusiyanın addımları ABŞ, Avropa və NATO üçün bir sınaq oldu. Biz Ukraynaya kömək etməkdən yorulmayacağıq.
Putin Avropanın NATO-dan çıxacağını düşünürdü, lakin əvəzində İsveç və Finlandiyanı NATO-ya qəbul etdik"."Amerika Birləşmiş Ştatlar və Qərb dünyası rus mədəniyyətinə və tarixinə hörmətlə yanaşır. Biz heç vaxt rus xalqı ilə mübarizə aparmamışıq və aparmayacağıq. Əgər Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək. ABŞ Ukraynaya kömək etmək üçün dünyanın 50-dən çox ölkəsi ilə koalisiya yaradıb. Əgər Rusiya dayansa, bu müharibənin sonu deməkdir. Əgər Ukrayna dayansa, bu Ukraynanın sonu deməkdir. Biz qaranlığın deyil, işığın, köləliyin deyil, azadlığın tərəfindəyik"-,Bayden bildirib.
Mövzu ilə bağlı"Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti rəhbəri, beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, əgər Putin iddia etdiyi kimi öz dünyasını qurmağa cəhd edəcəksə, o zaman ənənəvi üsulla - Polşanın bölüşdürülməsi ilə başlamalıdır:
"ABŞ prezidenti Bayden gələcəyi naməlum Ukraynadan sonra müharibəni koordinasiya etdiyi Polşadadır.
Putinin imperiyanı - SSRİ-ni bərpa etmək üçün bu gün etdiyi tarixi çıxışına məşhur nitqi ilə cavab verdi. Bayden indi də Varşavadan Putinə meydan oxudu".
Polşanın tarixi boyu bir neçə dəfə bölündüyünü deyən ekspert ən mühüm bölünmə hadisələrini xatırladıb:
"18-ci əsrin əvvəlində Polşa-Litva Birliyi üç müxtəlif dövlət tərəfindən paylaşıldı. 1772, 1793 və 1795-ci illərdə Rusiya, Prussiya və Avstriya arasında bağlanan üç ayrı bölünmə müqaviləsi ilə Polşa-Litva dövləti üçə bölünərək tarixdən silindi. Bu dövrdə Polşa 123 il ərzində işğalda qaldı.
I Dünya Müharibəsi illərində Polşa ərazisi Almaniya İmperiyası və Avstriya-Macarıstan İmperiyası tərəfindən işğal edildi. Müharibənin sonunda Polşa yenidən müstəqil dövlət oldu və ərazisi xeyli genişləndi.
II İkinci Dünya Müharibəsi illərində Polşa faşist Almaniyası tərəfindən işğal edildi və onun ərazisi də Sovet İttifaqına məxsus idi. Müharibənin sonunda Polşanın sərhədləri qərbə keçdi və ölkə Sovet blokunun bir hissəsi oldu.
Bu gün Polşa öz tarixi sərhədlərinə yaxın müstəqil dövlət kimi mövcud olmaqda davam edir.
Amma müasir siyasət yenə Polşa səmalarında qara buludları gəzdirir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya